reklam
Regionxeberlericom.az » Dünya » Rusiyada qəzaya uğramış təyyarədə xilasetmə işləri başa çatıb - YENİLƏNİB

reklam

Rusiyada qəzaya uğramış təyyarədə xilasetmə işləri başa çatıb - YENİLƏNİB



Rusiyanın Tatarıstan Respublikasında yüngül motorlu “L-410” təyyarəsinin qəzaya uğraması nəticəsində 16 nəfər həlak olub, 6 nəfər xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti ağırdır.

Hadisə yerində xilasetmə işləri başa çatdırılıb.

Qəza oktyabrın 10-da səhər saatlarında Menzalinsk şəhəri yaxınlığında baş verib. Aerokluba məxsus təyyarədə 23 nəfər, o cümlədən 20 paraşütçü olub. İlkin fərziyyə görə, qəza təyyarənin yükünün artıq olması, təyyarənin nasazlığı, yaxud uçuş heyətinin səhvi üzündən baş verib.

Tatarıstan Prezidenti Rustam Minnixanov hadisə yerinə gedib.

Çexiya istehsalı olan “L-410” təyyarəsi 1987-ci ildən istismarda olub.

11:07

Rusiya Federasiyasının Tatarıstan Respublikasında “L-410” təyyarəsi qəzaya uğrayıb.

Bu barədə TASS məlumat yayıb.

Məlumata görə, 19 nəfər ölüb, 3 nəfərin taleyi isə məlum deyil.

Ümumilikdə təyyarədə 23 nəfər olub. Onlardan 21-i paraşütçü, 2-si isə ekipaj üzvüdür.



Paylaş:


Müəllif : Tarix:
10-10-2021, 15:41
Sikayət   


loading...
Загрузка...