reklam
Regionxeberlericom.az » Dünya » Xocalıya görə üzr istəməyə çağıran erməni ÖLDÜ

reklam

Xocalıya görə üzr istəməyə çağıran erməni ÖLDÜ



Qarabağ münaqişəsinin sülh yolu ilə bitməsi uğrunda son 26 ildə yorulmadan çalışan erməni hüquq müdafiəçisi Georgi Vanyan bu gün vəfat edib.

Modern.az xəbər verir ki, Vanyan bir müddət öncə koronavirusa yoluxaraq, Tiflis xəstəxanasında müalicə alırdı.

Georgi Vanyan Ermənistandan fəaliyyət göstərən hüquq müdafiəçisi idi. O, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri kimi tanınmışdı.

G.Vanyan Azərbaycana qarşı xoş fikirlərinə, Xocalı soyqırımına görə Ermənistanın üzr istəməli olduğunu dediyinə və ümumiyyətlə, Qarabağın Azərbaycan əraziləri olduğunu etiraf etdiyini görə hər zaman rəsmi İrəvanın təzyiqlərinə məruz qalıb.

Ermənistanda çoxları onu Azərbaycan və Türkiyənin agenti hesab edir, hətta vətən xaini adlandırırdı.



Paylaş:


Müəllif : Tarix:
15-10-2021, 16:22
Sikayət   


loading...
Загрузка...