Ukraynanın Baş nazirinin müavini istefaya göndərildi
Ukrayna baş nazirin müavini Aleksey Reznikov Ali Rada tərəfindən tutduğu vəzifədən azad edilib.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, Ukraynanın müvəqqəti işğal altında olan ərazilərinin inteqrasiya məsələləri üzrə naziri olan Reznikovla bağlı parlamentdə səsvermə keçirilib. Səsvermə zamanı 329 millət vəkili Reznikovun vəzifəsindən azad edilməsinin lehinə səs verib.
Nazirlər Kabinetinin qanunverici orqanının üzvü Taras Melniçuk bildirib ki, Reznikov könüllü olaraq istefa ərizəsi verib.
Daha sonra,“Çenzor.net” nəşrinin baş redaktoru Yuriy Butusov qeyd edib ki, Ukrayna Prezidenti ölkənin müdafiə naziri vəzifəsinə namizədi razılaşdırıb və sözügedən şəxs Aleksey Reznikovdur.
Qeyd edək ki, Ukraynanın müdafiə naziri Andrey Taran noyabrın 2-si istefa verib.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-11-2021, 23:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər