reklam
Regionxeberlericom.az » Dünya » Peyvənd vurdurmayan bu işçilər qovulacaqlar

reklam

Peyvənd vurdurmayan bu işçilər qovulacaqlar


















Ukraynada noyabrın 8-dən koronavirusa qarşı peyvənd olunmayan işçilər işdən uzaqlaşdırılacaq.

Ukrayna mediasının məlumatına görə, bu, mərkəzi icra hakimiyyəti və onların ərazi orqanlarının, yerli dövlət administrasiyalarının və onların struktur bölmələrinin və təhsil müəssisələrinin əməkdaşlarına şamil edilir.

Bu barədə Ukraynanın baş sanitar həkimi İqor Kuzin məlumat verib.

“Bu qurumların əməkdaşları ilk növbədə respublika və yerli səviyyədə icra hakimiyyətlərinin, təhsil müəssisələrinin rahat və təhlükəsiz işini təmin etmək məqsədilə bu siyahıya daxil ediliblər”, - Kuzin vurğulayıb.

O əlavə edib ki, bu müəssisələrin işçilərinin COVID-19-a yoluxma riski yüksəkdir. Eyni zamanda, ən azı bir işçinin yoluxması onunla birlikdə olan bütün digər işçilərin yoluxma riskini artırırır və əlavə olaraq çox sayda həmkarının özünü təcrid etməsini tələb edir.

Ukraynanın Dövlət Əmək Xidmətinin rəhbəri vəzifəsini icra edən İqor Deqnera bildirib ki, müəssisə rəhbəri peyvənddən yayınma və ya ondan imtina halında işçilərə hüquqi nəticələr barədə məlumat verməlidir.

Söhbət işdən kənarlaşmanı şərtləndirən səbəblərin, yəni peyvənd edilənədək əmək haqqı saxlanmadan işdən kənarlaşdırılmasından gedir.

Deqnera izah edib ki, əgər işçi peyvənddən yayınarsa və ya imtina edərsə, müəssisə rəhbəri müvafiq akt tərtib etməlidir.

Qeyd olunur ki, peyvəndə qarşı əks göstərişlərə malik olan işçilər işdən kənarlaşdırıla bilməzlər. Bunun üçün həkimdən müvafiq arayış təqdim etmək lazımdır.

 




Paylaş:


Müəllif : Tarix:
5-11-2021, 10:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər