Yaxın illərdə bu şəhərlər su altında qalacaq - ADLAR
“The India Times” 2030-cu ildə su altında qalaraq Yer üzündən yox ola biləcək şəhərlərin siyahısını hazırlayıb.
“Report” xəbər verir ki, siyahı “Climate Central” iqlim təşkilatının xəritəsindən alınan məlumatlar əsasında tərtib edilib. Siyahıda birinci yerdə Amsterdam qərarlaşıb. Siyahı müəlliflərinin fikrincə, niderlandlıların daşqından qorunmağı öyrənmələrinə baxmayaraq, şəhər qlobal istiləşmə nəticəsində su altında qalacaq.
Siyahıda ikinci yerdə İraqın Bəsrə şəhərinin adı yer alıb. Şəhər Fars körfəzinə tökülən Şatt əl-Ərəb çayı üzərində yerləşir. Bəsrə 2030-cu ilə qədər qismən və ya tamamilə su altında qala bilər.
Üçüncü şəhər bənd sisteminə baxmayaraq, iqlim dəyişikliyi ilə üzləşə bilən Yeni Orleandır. Siyahını tərtib edənlər yox olacaq 4-cü şəhər kimi 118 adada yerləşən və ildə iki millimetr su altında qalan Venesiyanın adını qeyd ediblər.
Siyahıda eləcə də Xoşimin və Kəlküttə şəhərlərinin də adları var.
Qeyd edək ki, daha əvvəl qlobal istiləşmə və dəniz səviyyəsinin qalxması səbəbindən Kiribatinin, Tuvalunun və Marşal adaları kimi ölkələrin su altında qala biləcəyi məlum olub. Bununla yanaşı, təbii fəlakətlərin artması problemləri artıq insanların həyatını və kənd təsərrüfatını təhdid edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-11-2021, 10:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər