"Əfqanıstanda azı 1 milyon uşaq qida çatışmazlığından ölə bilər" - ÜST
Əfqanıstanda 5 yaşından kiçik azı 1 milyon uşaq dərhal müalicə olunmasa, qida çatışmazlığından ölə bilər. "Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris Cenevrədə keçirdiyi brifinqdə deyib.
M.Harris beynəlxalq ictimaiyyəti Əfqanıstana humanitar yardım göstərməyə çağırıb: “Əfqanıstanda qida çatışmazlığı problemi dərinləşir. Bu ilin sonuna kimi 5 yaşından kiçik uşaqların azı bir milyonu kəskin xəstəlikdən ölmək riski ilə üzləşib".
ÜST rəsmisi, həmçinin Əfqanıstanda qızılca xəstəliyinin artmasına diqqət çəkərək, qida çatışmazlığından əziyyət çəkən uşaqlar üçün bunun çox təhlükəli olduğunu vurğulayıb.
Qeyd edilir ki, bu il Əfqanıstanda qızılcadan 87 nəfər ölüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-11-2021, 00:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-11-2021, 00:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti