reklam
Regionxeberlericom.az » Dünya » Rusiya miqrantları Polşaya, ordunu Ukraynaya göndərir - Qərbin narahatlığı artır

reklam

Rusiya miqrantları Polşaya, ordunu Ukraynaya göndərir - Qərbin narahatlığı artır









Belarus və Polşa sərhədləri arasında Suriyadan, Yəməndən, İrandan və İraqdan olan dörd min miqrant toplanıb və onlar sərhəddən keçərək Polşa ərazisinə girməyə cəhd edirlər. Miqrantlar burada düşərgə qurublar və soyuqdan qorunmağa çalışırlar.

Polşa hakimiyyətinin sözlərinə görə, bunlardan əlavə 15 min miqrant da sərhədə göndərilmələri üçün Minskdə gözləyir. Polşa sərhədçiləri miqrantların Polşa ərazisinə keçməsinə imkan verməmək üçün tikanlı məftillərdən sipər çəkiblər.

Polşa hökuməti Belarus sərhədinə 15 min hərbçi göndərərək miqrantlara qarşı sərt mövqe nümayiş etdirmək üçün müvafiq qanun qəbul edib və bu qanuna əsasən polislər, hərbçilər və sərhədçilər Belarus sərhədindən keçən qeyri-leqal miqrantları məcburi geri qaytarırlar. Digər yandan isə sərhəddə divar tikmək planı təsdiq olunub. Bununla yanaşı, Belarus sərhədçiləri və “iri cüssəli kişilər”sərhədi keçən miqrantların geri qayıtmasını qəti şəkildə əngəlləyirlər.

Bu arada Böyük Britaniya mühəndislərindən ibarət kiçik hərbiçi qrupu Polşaya gəlib və onlar Belarus sərhədində polşalı həmkarlarına sərhəddə səd çəkməyə kömək edəcəklər. Böyük Britaniyanın Müdafiə Nazrliyindən deyiblər ki, sərhəddəki gərginlik şəraitində bu yardım iki ölkə arasındakı dostluğun əlamətidir.

Regiondakı sabitliyi pozmaq üçün Polşa-Belarus sərhədindəki böhranı təşkil etməkdə günahlandırılan Moskva isə öz növbəsində müttəfiqi olan Minskə dəstəyini nümayiş etdirir. Miqrant böhranı fonunda Rusiya Belarus - Polşa sərhədinə Yaxın Şərqdən gələn miqrantların qurduqları düşərgə yaxınlığında təlimlər keçirilməsi üçün hava-desant bölmələri yollayıb.

Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, döyüş hazırlığının qəflətən yoxlanılması çərçivəsində Rusiyanın Hava Desant Qoşunlarının bölmələri naməlum əraziyə desant çıxarılmasının praktik tərəfləri ilə bağlı verilən tapşırıqları yerinə yetiriblər. Rusiya desantçıları həmçinin Belarus silahlı qüvvələrinin hərbçiləri ilə birlikdə şərti düşmənin məhv edilməsi üzrə taktiki döyüş təlimləri həyata keçiriblər. Nəzərdə tutulan əraziyə desant atılmasında Rusiya Hərbi Kosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının “İL-76” təyyarəsi və Belarus Hərbi Hava Qüvvələrinin vertolyotları iştirak edib. Beynəlxalq ekspertlər, bir sıra Qərb ölkələrinin kəşfiyyat xidmətləri Belarus - Polşa sərhədində baş verənlərlə yanaşı Ukrayna sərhədləri yaxınlığında Rusiya ordusunun cəmləşməsindən də bərk narahatdırlar. Onlar belə hesab edirlər ki, Rusiya yaxın aylarda Ukraynaya hərbi müdaxilə edəcək. Çünki son günlər Rusiya silahlı qüvvələrinin bu ərazilərdəki aktivliyi xeyli artıb. Rusiyanın qərb rayonlarına onlarla tank, Piyadaların Döyüş Maşını və özüyeriyən haubitsalar yığılıb. Sosial şəbəkələrdəki və peykdən çəkilmiş şəkillərdən görünür ki, bu texnikalar Ukrayna sərhədindən təxminən 250 kilometr məsafədə yerləşir. Gələn məlumatlarda deyilir ki, hərbi texnikanın yerdəyişməsi yüksək gizlilik şəraitində və əsasən də gecələr həyata keçirilir.

Rusiya qoşunlarının hərəkətlənməsi ekspertlərdə, müşahidəçilərdə və Qərb ölkələrinin liderlərində ciddi şübhə yaradır. Ancaq Rusiya qonşu ölkəyə qarşı hər hansı təcavüz planının olmasını qəti surətdə inkar edir. Kremlin mətbuat xidəmətinin rəhbəri Dmitri Peskov bu barədə deyib: ”Rusiya ordusunun hərəkətləri heç kimdə narahatlıq yaratmamalıdır. Rusiya dünyanın heç bir ölkəsinə təhlükə deyil, eyni zamanda Ukrayna üçün də heç bir təhlükə təşkil etmir”.

“The Telegraph” – (Böyük Britaniya)

Tərcümə: “AzPolitika.info”




Paylaş:


Müəllif : Tarix:
18-11-2021, 08:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər