reklam
Regionxeberlericom.az » Dünya » Cəlalabadda 20 ildən sonra ilk mülki təyyarə eniş etdi

reklam

Cəlalabadda 20 ildən sonra ilk mülki təyyarə eniş etdi












20 ildən sonra ilk mülki təyyarə Nanqarhar əyalətinin paytaxtı Cəlalabad hava limanına enib. Bu barədə yerli hakimiyyət nümayəndələrinə istinadən “Afganistan International” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, humanitar yük daşıyan təyyarə İrandan gəlib. Şəhərə altı ton düyü və dörd ton dərman gətirilib. Bu, İran hakimiyyətinin son üç ayda Əfqanıstana göndərdiyi doqquzuncu humanitar yardım təyyarəsidir.

Əyalət rəhbərliyinin bildirdiyinə görə, yaxın vaxtlarda Cəlalabad hava limanı daxili və beynəlxalq sərnişin reysləri üçün tam şəkildə fəaliyyətini bərpa edəcək.

Qeyd edək ki, 2001-ci ildən bu vaxtadək Cəlalabad hava limanı hərbi ehtiyaclar üçün istifadə edilirdi və NATO-nun əməliyyat bazasına çevrilmişdi.

“Taliban” hərəkatı Əfqanıstan üzərində nəzarəti ələ keçirdikdən sonra Cəlalabad tamamilə radikalların nəzarətinə keçib.





Paylaş:


Müəllif : Tarix:
21-11-2021, 21:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər