Tanınmış dizayner 41 yaşında vəfat etdi
Amerikalı dizayner və modelyer, “Off-White” brendinin yaradıcısı və “Louis Vuitton”un kişi geyimləri xəttinin rəhbəri Vircil Ablo 41 yaşında dünyasını dəyişib.
Bu barədə onun instaqram hesabında məlumat verilib.
Paylaşımda qeyd olunur ki, Ablo iki ilə yaxın xərçəngin nadir və aqressiv növü – angiosarkomadan əziyyət çəkirdi. Ona bu diaqnoz qoyulduğu vaxtdan (2019) çox sayda ağır müalicə proseduru keçmişdi.
“Louis Vuitton Moеt Hennessy” (LVMH) qrupunun prezidenti Bernar Arno bildirib ki, Ablo təkcə dahi dizayner və vizioner yox, həm də gözəl ruha və böyük müdrikliyə malik insan olub.
Qeyd edək ki, V. Ablo 1980-ci il sentyabrın 30-da ABŞ-da Qanadan olan mühacirlərin ailəsində anadan olub. O, dəb sahəsindəki karyerasına 2009-cu ildə başlayıb. Universitetdəki təhsilini bitirdikdən sonra “Fendi” dəb evi və reper Kanye Uestlə əməkdaşlıq edib. 2012-ci ildə “Off-White” geyim brendini yaradıb. 2018-ci ildə Ablo “Louis Vuitton”un kişi geyimləri xəttinin bədii direktoru təyin olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-11-2021, 09:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər