Ermənilərdən Brüssel görüşünə BÖYÜK ZƏRBƏ - Şarl Mişel ya təkzib verməli, ya da...
“Ermənistanın tarixi şansı var idi. Böyük işlər görülmüşdü, pullar tökülmüşdü, diasporumuzun əsas işi bundan ibarət idi - 15 dekabr Brüsseldə baş tutacaq sammitdə İlham Əliyevlə Nikol Paşinyanın görüşü və bu zaman bəzi Qərb ölkələrinin İrəvanın maraqlarını qoruması. Amma Vladimir Putin bütün planlarımızı alt-üst etdi”.
Bu sözləri erməni siyasi şərhçi Ambarsum Kabanyan deyib. Onun sözlərinə görə, Soçi üçtərəfli görüşündə Əliyev yenidən siyasi qələbə əldə etdi. Putin elə etdi ki, Brüssel görüşü formal xarakter daşıyacaq bir protokol görüşünə çevrildi. “İrəvan bundan güclü zərbə ala bilməzdi”, - deyə erməni ekspert qeyd edib.
Əslində erməni ekspertin bu iddiaları Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutacaq 15 dekabr görüşünə dair sensasiya da hesab edilə bilər. Erməni ekspert açıq deyir ki, bu görüşün təşkili üçün “böyük işlər görülmüşdü, pullar tökülmüşdü”. Bu, Şarl Mişelin və Avropa İttifaqının reputasiyasına ciddi zərbədir. Bu o deməkdir ki, həm Ş.Mişel, həm də Avropa İttifaqı erməni lobbisinin təsiri altına düşə bilərlər. Bu, həm də ciddi ittihamdır ki, məsələyə Ş.Mişel aydınlıq gətirməlidir, ən azı bu cür iddiaları yalanlamalıdır.
Erməni ekspertin dediklərində həqiqət payı varmı? Avropa İttifaqı da erməni lobbisinin təsiri altındadırmı? Şarl Mişelin milliyyətcə fransız olması rüşvət şübhələrinə əsas verirmi və sairə...
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov ermənilərin Brüsseldən də ümidlərinin kəsildiyini qeyd etdi: “Bilirsinizmi, rüşvət çox maraqlı şeydir. Onun forma və şəkilləri dəyişsə də, mahiyyəti dəyişməyə bilər. İndi bu erməni ciddi iddia irəli sürür. Şarl Mişel də gərək bunu təkzib etsin. Ola da bilər ki, indidən ermənilər Brüsseldən də ümidini kəsibdir. Niyə? Çünki Paşinyan özü də dediyi kimi, hamı bunların zırıldamağından bezibdir. Amma Brüssel görüşünə gəldikdə mən dəfələrlə demişəm ki, əgər sənin regionda hərbi-siyasi mövcudluğun yoxdursa, sənin vasitəçiliyindən bir şey çıxmaz. Və bu arada ən böyük vasitəçilik və vasitə elə öz həmrəyliyimizdir. Xalqımızın fədakarlığıdır. Şükürlər olsun ki, biz 44 günlük müharibədə də, 16 noyabrda da, eyni zamanda qəzada pilotlarımızın şəhadəti zamanı da həmrəylik göstərdik. Bu şarl mişellərin də başını buraxmaq lazımdır. Əsas Turan layihəsi və Türkiyə ilə can qardaşlığıdır. Daha sonra isə bu öndərlikdə müsəlman dünyasını ətrafına toplayıb yeni konfiqurasiya qurmaqdır”.
BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı ermənilərin Avropa İttifaqının nüfuzuna ciddi zərbə vurduqlarını qeyd etdi: “Əslində Azərbaycan xalqının Avropa İttifaqının təşkil etdiyi Brüssel görüşündən hər hansı bir ciddi gözləntisi yoxdur. Qərb 30 ildir Azərbaycanın beynəlxalq hüququn imkan verdiyi hüquqlarının bərpa olunmasını təmin etməyib. 30 ildir Qərb, Avropa İttifaqı Qarabağ probleminin həlli istiqamətində hansı addımlar atıb ki? Hətta BMT-nin 4 qətnaməsinin icra olunmasını təmin etməyiblər və bu cür susmaqla birbaşa Ermənistanın mövqeyinə dəstək veriblər, Azərbaycanın torpaqlarının işğalda qalmasına şərait yaradıblar. Bu səbəbdəndir ki, ictimaiyyətin Qərbə inamı sıfır səviyyəsindədir. Bu gün ermənilərin siyasi şərhçiləri də Brüssel görüşünün əhəmiyyətsiz olduğuna dair şərhlər verirlər. Ermənilər çox yaxşı bilir ki, 15 dekabr sammitindən əvvəl baş vermiş 26 noyabr - Soçi görüşü daha əhəmiyyətli və vacib idi. Putinin təşkil etdiyi üçtərəfli görüşün hansı istiqamətdə olduğu ermənilərə tam aydındır. Özləri etiraf edir ki, Soçi görüşündən Azərbaycan Prezidenti İlham Əliyev yenidən siyasi qələbə əldə edib. Brüssel görüşü tam formal xarakter daşıyacaq. Ermənilərin ağası, sahibi, yiyəsi Rusiyadır. Ermənistan Rusiyanın forpostudur. Avropa İttifaqının, Qərbin Ermənistanın xeyrinə görmək istədiyi məqamlar ola bilər. Şarl Mişelin fransız əsilli olduğunu da nəzərə alsaq, daha real görünür. Ancaq bunun heç bir əhəmiyyəti yoxdur. Rusiya bu gün çox yaxşı bilir ki, ermənilər çox nankor bir xalqdır. Və belə bir topluma görə son illərdə ən yaxın müttəfiqinə çevrilən Azərbaycan və Türkiyə ilə münasibətlərini pozmaz. Bu gün hər iki dövlət Rusiyanın ən yaxın strateji müttəfiqidir. Digər məqamı da xatırladım ki, ermənilərin verdiyi açıqlamalardan da görünür ki, Şarl Mişelə daha çox inam bəsləyirlər və bu görüşün baş tutması üçün xeyli vəsait xəclədiklərini deyirlər. Yəni Mişelin ermənilərin xeyrinə addımlar atacağına ümid edirlər. Əslində bu cür yanaşma, Avropa İttifaqının və Mişelin imicinə çox ciddi ziyan vurur. Erməni diasporasının təsirində olduğunu göstərir. Buna görə də Mişel bu iddialara münasibət bildirməlidir. Ancaq həqiqət budur ki, Qərb bu gün bütün imkanları ilə çalışır ki, həm Ermənistan, həm də Azərbaycan Rusiya ilə düşmən münasibətdə olsun...”
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:3-12-2021, 09:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər