reklam
Regionxeberlericom.az » Dünya » ABŞ - Rusiya gərginliyi yeni mərhələdə: - Kremlə son xəbərdarlıq edildi

reklam

ABŞ - Rusiya gərginliyi yeni mərhələdə: - Kremlə son xəbərdarlıq edildi















ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Rusiyaya qarşı vaxtilə çəkindiyi addımları atacağını deyib. O bildirib ki, bu addımlar Rusiyanı iqtisadi cəhətdən tamamilə çökdürə bilər: “Bu iqtisadi sferada fövqəladə təsir gücünə malik bir sıra addımlardan ibarət olacaq”.

ABŞ Xarici Siyasət İdarəsinin rəhbəri Moskvaya təkliflərini də çatdırıb. O əlavə edib ki, yalnız Ukraynaya qarşı təxribatçı hərəkətlərinə son qoymaqla Rusiya bundan yayına bilər.

Bu arada Pentaqon rəhbəri Lloyd Ostin də Rusiyanı “Ukrayna sərhədləri boyu temperaturu aşağı salmağa” çağırıb. Onun sözlərinə görə, Rusiya Ukrayna ilə sərhəd boyu əhəmiyyətli sayda hərbi qüvvə cəmləşdirib və Qərb bundan ciddi narahatdır. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Cozef Borrel isə bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı istənilən hərbi təcavüzü Brüsselin güclü reaksiyası ilə qarşılaşacaq.

Göründüyü kimi, Rusiya və Qərb arasında münasibətlər yenidən gərginləşib. Artıq bu münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və Qərb dairələri Moskvanı açıq şəkildə hədələməkdən belə çəkinmirlər.

Milli Məclisin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında bildirib ki, təkcə ABŞ yox, bütövlükdə Qərb dairələri Rusiyaya qarşı təzyiqləri artırıb: “Uzun müddətdir ki, bununla bağlı Moskvaya xəbərdarlıqlar edilir. Açıq şəkildə bildirirlər ki, Rusiya Ukraynaya qarşı siyasətinə son qoymalıdır. Bu məqsədlə müxtəlif sanskiyalar da tətbiq edilib. Lakin göründüyü kimi, Kreml bu məsələdə geri addım atmır. Hesab edirəm ki, Ukrayna məsələsi həm Rusiya, həm də Qərb üçün strateji əhəmiyyətə malikdir”.

“ABŞ və Avropa İttifaqı rəsmilərinin son bəyanatları Moskvaya təzyiq məqsədi güdür. Onlar Moskvaya xatırladırlar ki, bu siyasət onu iqtisadi baxımdan tamamilə çökdürə bilər. Yəqin ki, Rusiya Ukraynaya qarşı siyasətini yumşaltmasa, münasibətlər daha gərgin xarakter alacaq. Hətta bu məqsədlə Qərb dairələrinin koordinasiyalı şəkildə fəaliyyət göstərəcəyi, daha ciddi təzyiq rıçaqlarını işə salacağı gözlənilir. Amma sözsüz ki, bu müharibəyə gətirib çıxarmayacaq. Hər iki tərəf məsuliyyətini və bunun doğuracağı mümkün fəsadlarını anlayırlar. Rusiyaya qarşı təzyiqlər iqtisadi xarakterli olacaq” – deputat deyir.

O əlavə edir ki, Rusiyanın iqtisadi imkanları çox aşağıdır: “Onların iqtisadi baxımdan Qərblə əməkdaşlıq etməkdən başqa yolu qalmayıb. Əks halda, rus iqtisadiyyatı daha sarsıdıcı zərbələr ala bilər. Eyni zamanda, Moskva siyasi təşəbbüsü də əldən vermək istəmir. Onun müəyyən güzəştlərə gedəcəyi gözləniləndir. Ancaq öz siyasətindən imtina etməsi, Ukraynaya və postsovet məkanına münasibətini dəyişməsi isə qətiyyən inandırıcı deyil. Hər halda hadisələrin gedişatı müsbət nələrsə vəd etmir”.

“Bütün hallarda baş verənlər region dövlətlərində, o cümlədən Azərbaycanda da maraqla izlənilir. İndidən hər hansı qəti fikir bildirmək və mülahizə yürütmək mümkün olmasa da, ABŞ-Rusiya münasibətlərində zidiyyətlərin dərinləşməsi bütün region ölkələri üçün təsirsiz ötüşməyəcək” – Mollazadə vurğulayır

Politoloq Sülhəddin Əkbər AYNA-ya şərhində bildirib ki, Qərbin Rusiyaya qarşı təzyiqləri çox ağır ola bilər: “Bilirsiniz ki, ABŞ və Qərb Moskvaya qarşı sanksiyalar tətbiq edib. Lakin Kreml buna məhələ qoymayıb. İndiki məqamda Rusiyanın postsovet məkanında, xüsusən Ukrayna və Belarusda atdığı addımlar Qərb dairələrində ciddi narahatlıqla qarşılanır. Bununla bağlı Rusiyaya ciddi xəbərdarlıqlar edilir. ABŞ eyni zamanda, həm Rusiya, həm də Çinlə mübarizə aparır. Hadisələrin inkişafı çox sürətlə dəyişir və ortaya sürprizlər çıxa bilər”.

“Rusiya ABŞ və Qərbin xəbərdarlığına məhəl qoymasa, bu halda Moskvaya qarşı çox ciddi sanksiyalar ola bilər. Bunlar əsasən üç istiqamətdə baş verəcək. Bunlardan birincisi neft və qaz satışına embarqo qoyulması, ikincisi Rusiyanın banklararası beynəlxalq ödəmə sistemi olan – Swift-dən çıxarılması və Kremlin rəhbərliyinə daxil olan məmurların 1 (bir) trilyon ABŞ dolları məbləğində bank hesablarının dondurulması daxildir. Bu o deməkdir ki, Rusiya iqtisadiyyatı tamamilə çökəcək. İqtisadiyyatı tamamilə çökmüş dövlətin siyasi proseslərə müdaxiləsi isə nəticəsiz qalacaq” – politoloq söyləyir.

Onun sözlərinə görə, Putin Qərbdən təminat almaq istəyir: “Amma bu təminatı ona verməyəcəklər. Təminat odur ki, NATO Rusiyanın sərhədləri yaxınlığına irəliləməli, Ukrayna və Gürcüstanın bu quruma üzvlüyünün baş tutmamasıdır” – Əkbər fikrini yekunlaşdırır.




Paylaş:


Müəllif : Tarix:
3-12-2021, 15:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər