Müharibə təhlükəsi artır - Türkiyənin də prosesə qoşulması...
"Son günlər Ukrayna ətrafında vəziyyətin gərgin olması ilə bağlı beynəlxalq mediada yayılan informasiyaların ardı-arası kəsilmir. Hətta ABŞ kəşfiyyatının sonuncu informasiyasında bildirilir ki, Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır".
Bunu siyasi ekspert Samir Hümbətov bildirib. S. Hümbətovun fikrincə, yayılan bu informasiyanın bir neçə səbəbi ola bilər:
"Birinci səbəb, qəsdən regionda gərginliyi artırmaq və Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etmək.
İkinci səbəb, Rusiyanın həqiqətən belə bir fikri var və bu barədə ABŞ kəşfiyyatına Rusiya Müdafiə Nazirliyi daxilindən məlumat sızdırılıb və ABŞ da bunu yaymaqla Rusiyaya niyyətindən xəbərdar olduğu mesajını verir.
Üçüncü səbəb, həm Qərb cəbhəsi, həm də Rusiya qəsdən məsələ ətrafında gərginliyi artırmaqla mesaj vermək istəyirlər ki, müharibə olarsa, Ukrayna hərbi poliqona çevrilə bilər. Rusiya daxilində iqtisadi vəziyyətin ağırlaşması və COVID-19 pandemiyasının yaratdığı ciddi iqtisadi fəsadlar da onu bu məsələdə tələsik qərar verməməyə vadar edir”.
Siyasi ekspert xatırladıb ki, Rusiya Müdafiə Nazirliyindəki genral heyətində xeyli sayda Ukrayna əsilli generalların olması da məsələnin digər önəmli tərəflərindən hesab edilə bilər.
S. Hümbətov baş verənlərə görə bədbinliyə qapılmağa ehtiyac olduğunu düşünmür:
"Təbii ki, bunun bir neçə səbəbi var və bunu həm Rusiya, həm də Qərb nöqteyi-nəzərindən də dəyərləndirmək mümkündür. Əgər düşünsək ki, Rusiya Ukraynaya hücum etmək istəyir, o zaman Rusiya tərəfi yaxşı başa düşür ki, ona qarşı baş verə biləcək proseslər arasında sanksiyaların tətbiqi qaçılmaz olacaq. Eyni zamanda, ABŞ-ın başçılığı ilə NATO bloku da prosesə qoşular ki, bu da ya 3-cü Dünya müharibəsi, ya da Rusiyanın parçalanması ilə nəticələnə bilər. İki il ərzində Ukrayna ilə hərbi sahədə ciddi əməkdaşlıq edən Türkiyənin də müqaviləyə uyğun olaraq müharibəyə qoşulmasına gətirib çıxara bilər ki, bu da regional və qlobal səviyyədə qarşısıalınmaz fəlakət deməkdir. Eyni zamanda uzun illərdir Qərbin gözlədiyi arzu gerçəkləşə bilər”.
Siyasi ekspertin fikrincə, yuxarıda qeyd edilənlərə əsasən nəticə çıxarmaq olar ki, Rusiyanın Ukraynaya hücum planı bilinən və bilinməyən səbəblərə görə o qədər də inandırıcı görünmür. Amma beynəlxalq vəziyyət tez dəyişir və hər an hər hansı hadisənin baş verməyəcəyinə kimsə təminat verə bilməz.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-12-2021, 11:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər