reklam
Regionxeberlericom.az » Dünya » Rus tankları cəmi bir günə paytaxta çatacaq?

reklam

Rus tankları cəmi bir günə paytaxta çatacaq?








Ukrayna ilə hipotetik hərbi münaqişə baş verərsə, Rusiyaya Kiyevi ələ keçirmək üçün bir gündən az vaxt lazımdır. Bu barədə “American Thinker” məlumat verir.

Nəşr bildirir ki, NATO Ukraynanı təşkilata daxil etməyə çalışarsa, hərbi əməliyyatlar mümkün olacaq. Soyuq müharibə başa çatdıqdan sonra alyansın şərqə doğru genişlənməsinin səhv olduğu və hazırkı gərgin vəziyyətə səbəb olanın da bu olduğu qeyd edilir.

Nəşrin materialında iddia edilir ki, Rusiya üçün hərbi əməliyyatların mümkün başlaması “hərbi, siyasi və ya iqtisadi baxımdan xüsusi risklərlə” əlaqələndirilməyəcək. Rusiyanın hərbi qüdrəti Ukrayna ordusunu üstələyir və NATO Kiyevin müdafiəsinə qalxmaq qərarına gəlsə belə, o zaman hərbi potensialını azaldan alyans ölkələri Rusiya ordusu ilə rəqabət apara bilməyəcək.

Qeyd olunur ki, siyasi nəticələr yalnız qınama ilə məhdudlaşacaq və Moskvaya qarşı yeni iqtisadi sanksiyalar olmayacaq, çünki bu, koronavirus pandemiyasının səbəb olduğu dünyada mövcud iqtisadi tənəzzülü daha da gücləndirəcək.




Paylaş:


Müəllif : Tarix:
26-12-2021, 11:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər