reklam
Regionxeberlericom.az » Dünya » “Türkiyə düşmənimizdir, məhv etmək üçün mexanizmləri işə salmalıyıq” – Baqdasarov

reklam

“Türkiyə düşmənimizdir, məhv etmək üçün mexanizmləri işə salmalıyıq” – Baqdasarov


















“Türkiyə düşmənimizdən müttəfiqimizə çevrilməyəcək, onu məhv etmək üçün mexanizmləri işə salmalıyıq”.

RegionXəbərləri.com-un yazdığına görə, Sozcu.az xəbər verir ki, bunu ermənipərəst Vladimir Solovyovun “Rossiya-1” telekanalında yayımlanan “Voskresnıy veçer” verilişində Semyon Baqdasarov deyib. Erməni əsilli rusiyalı politoloq Semyon Baqdasarov tarixçi, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin problemləri üzrə ekspertdir. O, Türkiyəni həmişə düşmən ölkə adlandırır.

“Türkiyənin NATO-dan çıxacağını iddia edənlərin hamısı yanıldı. Bu heç vaxt olmayacaq və Türkiyə düşmənimizdən müttəfiqimizə çevrilməyəcək. Biz sakitcə Türkiyəni daxildən məhv edəcək mexanizmləri işə sala bilərik”, – deyə Baqdasarov erməni xislətini büruzə verib.

Daha sonra o, lirənin düşməsi ilə əlaqədar Türkiyəni “məhv etmək üçün münbit şəraitin yarandığını” dilə gətirib. Türk düşməni solovyovlar, baqdasarovlar fürsətdən istifadə etməyi yaxşı bacarırlar axı. Ramzan Kadırovdan sonra Baqdasarov da Abdulla Öcalana heykəl qoymaqla Türkiyəyə cavab vermək lazım olduğunu çərənləyib.

“İnanın, indi hər şeyi məhv etmək üçün ideal şərait var: lirənin düşməsi, əhalinin öz rəhbərliyinə inamsızlığı, PKK ilə bağlı problemlər. Niyə biz bu imkanlardan istifadə etmirik? Ərdoğan Cövhər Dudayevə park açaraq bir daha üstümüzə donuz atdı. Bizim tərəfdən nə qəribə cavab gəldi? Diplomatik kanallarla eyhamlar verməkdənsə, Moskvada Abdulla Öcalanın abidəsini açmaq, açılışa PKK rəhbərliyini dəvət etmək lazım idi. Bəlkə burnumuzun suyunu axıtdığımız kifayətdir?

Baqdasarovun arzusu ürəyində qalacaq, çünki Türkiyə həmişə ayaqdadır, lirənin düşməsi Türkiyəni yıxa bilməz. Türkün dizini yerə gətirmək baş tutan məsələ deyil!




Paylaş:


Müəllif : Tarix:
31-12-2021, 08:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər