reklam
Regionxeberlericom.az » Dünya » Britaniya parlamentində qalmaqal: Millət vəkilləri tualetdə kokain çəkir

reklam

Britaniya parlamentində qalmaqal: Millət vəkilləri tualetdə kokain çəkir


Londonda Britaniya Parlament binasının tualetində kokain izləri tapılıb.

Narkotik testi ilə bağlı araşdırma VICE jurnalının ingilis şöbəsindən jurnalistlər tərəfindən aparılıb.

regionxeberlericom.az xarici KİV-lərə istinadən xəbər verir ki, jurnalistlər kokainə toxunduqda rəng dəyişdirən xüsusi hazırlanmış nəm salfetin köməyi ilə parlament binasında baxdıqları doqquz tualetdən dördündə, həmçinin, deputatların əyləşdiyi ofislərdə narkotik tapıblar.

Kokainin izlərinə ən çox yalnız yüksək rütbəli rəsmilər, məclis yığıncağının jurnalistləri, millət vəkilləri əyləşən ofislərdə rast gəliblər.

Ən böyük rəzalət isə bu araşdırmadan dərhal sonra, bir neçə siyasətçi narkotik istifadə etdiyini etiraf edib.

Baş nazir postuna namizəd Boris Conson isə ilk dəfə 19 yaşında ikən kokain çəkdiyini söyləyib.


Paylaş:


Müəllif : Tarix:
27-06-2019, 17:09
Sikayət   


loading...
Загрузка...