reklam
Regionxeberlericom.az » Dünya » Avropada aviaşirkətlər minlərlə boş uçuş həyata keçirir

reklam

Avropada aviaşirkətlər minlərlə boş uçuş həyata keçirir



















Avropada fəaliyyət göstərən müxtəlif aviaşirkətlər COVID-19 epidemiyası və "omikron" ştamı səbəbindən Avropa İttifaqının (Aİ) uçuşlar üçün slot qaydalarının yumşaldılmasını və "xəyali uçuşlar" adlandırılan minlərlə boş aviareysin dayandırılmasını tələb edirlər.

"Lufthansa", "Air France", "KLM" və "Brussels Airlines" kimi aviaşirkətlər kifayət qədər sərnişin tələbatı olmayan minlərlə reysi ləğv etmək istəyirlər. Lakin Aİ-nin qaydalarının buna icazə verməməsi aviaşirkətlərin reaksiyasına səbəb olub.

"Lufthansa"nın yüksək səviyyəli meneceri Karsten Spoh deyib: "Aviaşirkətlər slot hüquqlarını qorumaq üçün demək olar ki, boş uçuşlar təşkil etməli olurlar. Slot böhranında aviaşirkətlərə güzəştlər tətbiq edilməlidir. Təkcə uçuş və eniş hüquqlarımızı təmin etmək üçün 18 min əlavə və lazımsız uçuş həyata keçirməliyik. Bu, həm də iqlimə zərər verir. Boş uçuşlar Avropa Komissiyasının istixana qazı emissiyalarını azaltmaq məqsədinə töhfə vermir".

O, "Lufthansa"nın epidemiya və tələbat olmaması səbəbindən qış dövründə planlaşdırdığı 33 min uçuşunu ləğv etdiyini bildirib.

Niderlandın "KLM" aviaşirkəti isə uçuşları ləğv edərək slot hüquqlarını itirməklə yarı boş uçuşlar təşkil etmək arasında qaldıqlarını və bundan narahat olduqlarını açıqlayıb.

"Brussels Airlines"in sözçüsü Maaike Andries bildirib ki, slot hüquqlarımızı qorumaq üçün mart ayına qədər əsasən Avropada olmaqla 3000 uçuş həyata keçirməliyik. Slot hüquqları itirilmədiyi təqdirdə, bu uçuşlar ləğv olunacaq. Boş uçuşlar ətraf mühitə zərər verir.

Qeyd edək ki, hava limanının operatoru və ya müvafiq mülki aviasiya orqanı tərəfindən uçuşu həyata keçirən aviaşirkətə verilən icazə slot adlanır. Aviaşirkətlər Aİ ölkələrində slot hüquqlarını qoruyub saxlamaq üçün hava limanında uçuşların ən azı 80 faizini yerinə yetirməlidirlər. Epidemiyanın başlanğıcında aviaşirkətlər slot hüquqlarını itirməmək üçün boş uçuşlar həyata keçirirdilər.

Avropa Komissiyası bu qaydaları bir müddət dayandırmış və sonra 50 faizlik slot istifadəsinə icazə vermişdi. Dekabr ayında isə 50 faizlik slot istifadəsinin martın sonuna qədər davam edəcəyinə qərar verilib və bu tarixdən oktyabrın 29-dək isə slot istifadə nisbəti 64 faizə yüksəldilib.




Paylaş:


Müəllif : Tarix:
10-01-2022, 21:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər