Nazarbayevin qızı ilə bağlı iddia
Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin deputat qızı Dariqa Nazarbayevanın ölkə parlamentinin aşağı palatasının iclasına qatılmaması ciddi müzakirələrə səbəb olub.
“İnterfaks” xəbər verir ki, Dariqa Nazarbayeva iki gün - çərşənbə axşamı və çərşənbə günü palatanın plenar iclasında iştirak etməyib. Belə iddia edilir ki, Nazarbayeva xəstə olduğundan iclaslara qatılmayıb. Onun xəstəliyinin nə olduğu açıqlanmayıb.
Qeyd edək ki, Qazaxıstanda kütləvi etiraz aksiyaları zamanı bir çox KİV Nursultan Nazarbayevin və onun ailə üzvlərinin ölkəni tərk etdiyini yazırdı. Qırğızıstan mediası yanvarın 6-sı Nazarbayev ailəsinə məxsus iki təyyarənin Bişkek şəhərində yerə endiyi barədə məlumat yayıb.
Yanvarın 9-u isə ölkənin birinci Prezidentinin mətbuat katibi Aydis Ukibay bəyan edib ki, Nazarbayev Nur-Sultan şəhərindədir və ölkə Prezidenti Kasım-Jomart Tokayevlə daim əlaqə saxlayır.
Xatırladaq ki, 58 yaşlı Dariqa Nazarbayeva Nursultan Nazarbayevin böyük qızıdır. O, 2004-cü ildən Milli Məclisin III və V çağırış deputatıdır. 2016-cı ildən 2020-ci ilə qədər parlament senatının millət vəkili olub. 2021-ci ilin yanvar ayından isə VII çağırış deputatıdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-01-2022, 12:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər