reklam
Regionxeberlericom.az » Dünya » “Taliban” 95 minlik təhlükəsizlik qüvvələri yaradır

reklam

“Taliban” 95 minlik təhlükəsizlik qüvvələri yaradır


















Əfqanıstanda hakimiyyətə gələn radikal “Taliban” hərəkatı 95 min nəfərdən ibarət təhlükəsizlik qüvvələrinin yaradılmasını başa çatdırır.

Bu barədə “Taliban” hökumətinin daxili işlər naziri Siracuddin Haqqani məlumat verib.

“Biz ümumi sayı 95 min nəfər olan təhlükəsizlik xidmətinin formalaşmasını başa çatdırmaq üzrəyik”, - deyə Haqqani Qətərin “Əl-Cəzirə” telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Əfqanıstan ərazisində baş verən partlayışların arxasında İŞİD yaraqlıları və keçmiş hökumətin bəzi üzvləri dayanır.

“Taliban” məhz gənc əfqanların dünyagörüşünü düzəltmək yolu ilə həm təhlükəsizlik sahəsində, həm də ideoloji cəhətdən İŞİD-lə mübarizə aparmağa çalışır”, - deyə nazir əlavə edib.

Haqqani həmçinin qeyd edib ki, ABŞ-ın tərtib etdiyi terrorçular siyahısında onun  adının olması bütün əfqanlara ziyan vurur.

Daxili işlər naziri hesab edir ki, beynəlxalq ictimaiyyətin hazırkı hökuməti tanımaqdan imtina etməsi və Əfqanıstana məxsus vəsaitlərin xarici banklarda dondurulması “Əfqan xalqının kollektiv cəzasıdır”.

Mənbə: eadaily.com




Paylaş:


Müəllif : Tarix:
21-01-2022, 08:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər