reklam
Regionxeberlericom.az » Dünya » İran dövlət televiziyasının ekranında “Receviyə salam” və “Xameneiyə ölüm” şüarları yer aldı

reklam

İran dövlət televiziyasının ekranında “Receviyə salam” və “Xameneiyə ölüm” şüarları yer aldı
















İranın dövlət televiziyasına kiberhücum edilib.

Edilən kiberhücum nəticəsində televiziyanın yayımı zamanı bir neçə saniyə ərzində ekranda terror təşkilatı sayılan Xalq Mücahidləri Təşkilatının liderlərini tərifləyən məzmunlu video yayımlanıb.

Belə ki, İran Radio və Televiziya Qurumunun (İRİB) 1-ci kanalında ekranda qəfildən Xalq Mücahidləri Təşkilatının (HMÖ) liderləri Məryəm və Məsud Recevinin şəkli peyda olub.

Ekranda bir neçə saniyə qalan görüntüdə “Receviyə salam” və “Xameneiyə ölüm” kimi şüarlar yer alıb.

Bundan başqa, “Kuran TV” və “Pəyam” və “Cevan” radiostansiyalarına da hücum edilib.

"Bir neçə dəqiqə əvvəl naməlum şəxslər və ya qruplar Radio və Televiziya Korporasiyasının bəzi kanallarına hücum edib", - İRİB-in açıqlamasında deyilir.




Paylaş:


Müəllif : Tarix:
27-01-2022, 21:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər