reklam
Regionxeberlericom.az » Dünya » "Rusiyaya hərbi təcavüz olsa Belarus kömək edəcək"

reklam

"Rusiyaya hərbi təcavüz olsa Belarus kömək edəcək"


















“Rusiyaya qarşı hərbi təcavüz olacağı təqdirdə Minsk döyüş əməliyyatlarında iştirak edəcək”.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Aqressiyanın səviyyəsi hər yerdə kəskin şəkildə artır. Müxalif ritorika normaya çevrilib. Sülhməramlı təşəbbüslər dayandırılır. Böyük nüvə gücləri dünya planetinin sağ qalma ehtimalının az olduğunu anlayaraq yeni razılaşmalar yaratmağa çalışırlar” ,- Lukaşenko ölkə parlamentinə və xalqa müraciətində deyib.

Onun sözlərinə görə, indi əslində bəşəriyyətin taleyi həll olunur - ya əsas ölkələr arasında yeni sazişlər, ya da müharibə:

“Müharibə olsa, əgər bizim müttəfiqimiz Rusiyaya birbaşa hücum edilərsə və Rusiya ərazisinə qarşı təcavüz edilərsə Belarus orda iştirak edəcək. Bunun əsası bizim müttəfiq müqaviləmizdir”.




Paylaş:


Müəllif : Tarix:
28-01-2022, 13:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər