reklam
Regionxeberlericom.az » Dünya » Sudanın paytaxtında etiraz aksiyası - Ölən var

reklam

Sudanın paytaxtında etiraz aksiyası - Ölən var


















Sudanın paytaxtında hərbi hakimiyyətə qarşı kütləvi etirazlar keçirilir.

Aksiyalar zamanı azı bir nəfər ölüb. Bu barədə Sudanın Həkimlər Mərkəzi Komitəsinin feysbuk səhifəsində dərc olunmuş bəyanatında deyilir:

"Xartumda 27 yaşlı Məhəmməd Yusif İsmayıl sinəsindən aldığı ölümcül yara nəticəsində dünyasını dəyişib. Çevriliş nəticəsində hakimiyyətə gələnlər hədsiz zorakılıq və qanlı repressiyalarla insanlığa və dinc nümayişçilərə qarşı cinayətlər törətməkdə davam edirlər”.

Qeyd edək ki, minlərlə sudanlı Xartum və ölkənin digər şəhərlərində mülki idarəetmə tələbi ilə küçələrə çıxıb. Etirazçıların bir hissəsi Sudanın paytaxtında yerləşən prezident sarayına doğru istiqamətlənib. Yerli polis nümayişçiləri dağıtmaq üçün səs-küylü qumbara və gözyaşardıcı qazdan istifadə edir.




Paylaş:


Müəllif : Tarix:
30-01-2022, 21:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər