"Qonşularla sülh şəraitində yaşamaq lazımdır" - Ermənistanın gələcək prezidentindən MÖVQE
“Təsəvvür edə bilmirəm ki, siz qonşularla mübahisə edə, döyüşə bilərsiniz. Düşünürəm ki, qonşularla yalnız sülh şəraitində yaşamaq lazımdır”.regionxeberlericom.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistanın gələcək prezidenti Vaaqn Xaçaturyan bu ölkənin İctimai televiziyasına müsahibəsində deyib.
Xaçaturyan Ermənistanda müxalifətin “sülhün təmin edilməsi” zərurəti ilə bağlı bəyanatlarını da “köhnəlmiş tezis” adlandırıb: “Ermənistan vətəndaşları başa düşməlidirlər ki, sülh tək inkişaf və həyat yoludur. Məcburiyyətə gəlincə, heç kim məcburiyyət yolu ilə buna nail olmayacaq”.
Ermənistan baş naziri və hakim “Mənim addımım” partiyasının prezidentliyə namizədi Ermənistanla Türkiyə arasında münasibətlərdəki son proseslərə müsbət münasibət bəslədiyini də qeyd edib: “Çox müsbət, təbrik edirəm. Bunu davam etdirmək lazımdır”. Onun qənaətincə Ermənistan hakimiyyətinin bu proses çərçivəsində Ankaranın ilkin şərtlərini yerinə yetirdiyinə inanmır: “İnanmıram və əminəm ki, heç bir ilkin şərt yoxdur.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-02-2022, 10:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər