reklam
Regionxeberlericom.az » Dünya » "Bloomberg" səhvən Rusiyanın Ukraynaya hücum etdiyini yazdı

reklam

"Bloomberg" səhvən Rusiyanın Ukraynaya hücum etdiyini yazdı


"Bloomberg" saytında Rusiyanın müharibəyə başlaması ilə bağlı dezinformasiya dərc edilib. Xəbərin başlığında Moskvanın Ukraynaya "hücum etməsi" yazılsa da, sonradan nəşr səhvini etiraf edərək onu silib.

"Bloomberg" rəhbərliyi bu hadisənin hansı şəraitdə baş verməsinin araşdırıldığını deyib.

“The Telegraph”: "Rusiya və Çin geosiyasətdə yeni eranı başlatdı"- Biz bir çox ssenarilər üçün başlıqlar hazırlayırıq və "Rusiya Ukraynanı işğal edir" başlığı təsadüfən səhər saatlarında saytımızda yerləşdirilib. Biz səhvə görə çox təəssüflənirik, - agentlik bəyan edib.

"Bloomberg" bu hadisənin hansı şəraitdə baş verməsinin araşdırıldığını da vurğulayıb.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər.

ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.





Paylaş:


Müəllif : Tarix:
5-02-2022, 13:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər