Hindistanda iki gün matəm olacaq - YENİLƏNİB
Hindistan hökuməti Hindistanın əfsanəvi müğənnisi Lata Manqeşkarın xatirəsinə iki günlük milli matəm elan edib.
Bu barədə ANI xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, dövlət bayrağı ehtiram əlaməti olaraq iki gün ərzində yarıya qədər endiriləcək.
***10:26
Hindistan kinosunun ən məşhur ifaçılarından biri, bəstəkar, aktrisa Lata Manqeşkar bu gün səhər 92 yaşında vəfat edib.
O, ötən çərşənbə axşamı koronavirusa görə aparıldığı Mumbay şəhərinin klinikasının reanimasiya şöbəsində olub.
Manqeşkar əfsanə və Bollivudun Qızıl Dövrü adlanan - 1950-1970-ci illərin simvollarından hesab olunur. Ölkədə "Hindistan bülbülü" və "Melodiya kraliçası" adlandırılan Manqeşkar, 30-dan çox hind dilində, lakin daha çox hindi, marati və benqal dillərində bir çox filmlər üçün mahnılar oxuyub. O, çoxsaylı kino mükafatlarının qalibidir.
Lata Manqeşkarın səsi “Tramp” (Avaara, 1951), “Cənab 420” (Şri 420, 1955), “Bobbi” (Bobbi, 1973), “Qisas və Qanun” (Şolay, 1975) kimi filmlərdə səslənib.(Yeniavaz)
Paylaş:
Müəllif : Fuad
Tarix:6-02-2022, 14:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər