Putin bu əraziyə ordu yeritməklə 3-cü dəhlizi də aldı - TƏFƏRRÜAT
Putinin Ukraynanın şərq ərazilərini əhatə edən Donetsk və Luqanskı “müstəqil respublika” kimi tanıması və ardınca da dərhal bölgəyə qoşun yeritməsi Rusiyanın onun üçün həyati əhəmiyyətli 3-cü vacib dəhlizi – Qara dəniz üzərindən Avropaya və Aralıq dənizinə çıxışını təmin edən yolu da artıq öz nəzarətinə alması deməkdir. Bu sözləri politoloq Elxan Şükürlü qeyd edib.
O bildirib ki, bu, ABŞ-ın son 30 ildə möhkəmlənməyə can atdığı Rusiyaətrafı qurşaqdakı 3 vacib dəhlizin üçünün də Bayden dönəmində - cəmi 1 il 2 ay ərzindəcə itirilməsi deməkdir:
“Xatırladaq ki, Rusiya üçün birinci vacib dəhliz onun İranla və Yaxın Şərqlə yeganə quru əlaqəsini təmin edən Azərbaycan idi ki, ABŞ-dakı prezident seçkilərinin keçirildiyi 3 noyabrdan bir həftə sonra – 10 noyabrda, 44 günlük Qarabağ savaşının yekunu olaraq Rusiya sülhməramalı adı atında bölgəyə yerləşməsini təmin etdi və Bayden administrasiyası da faktla barışmaq məcburiyyətində qaldı... 22.02.2022 tarixdə Rusiya Azərbaycanla müttəfiqlik sazişi imzalamaqla, Qərbin Azərbaycanda qapı dalında qoyulmasını rəsmiləşdirməklə, birinci dəhliz üzərində nəzarətini daha da gücləndirəcək.
2022-ci ilin yanvarın 2-də Qazaxıstanda baş verən hadisələrin yekunu olaraqsa, Rusiya onun üçün həyati əhəmiyyətli ikinci dəhlizin – Rusiyanın Mərkəzi Asiya üzərindən Hindistanadək uzanan quru yolun giriş qapısı olan Qazaxıstanın nəzarətindən çıxmasının qarşısını aldı, ABŞ-ın işlədiyi əsas siyasi fiqurlar isə həbsə atıldı...”
Politoloqun fikrincə, Rusiya artıq Bjezinskinin vaxtilə təhlükəli, ancaq mümkün hesab etdiyi ssenarini gerçəkləşdirmək istiqamətində real addım atır: Ukraynanı iki hissəyə bölərək, gərəkli hissəsini özünə qatmaqla və Baltikyanı republikalar istisna olunmaqla, keçmiş SSRİ ərazisini yenidən başqa bir ad altında öz iqtisadi-siyasi nəzarətinə qaytarmağa müvəffəq olur:
“ABŞ qətiyyətli addım atmazsa, şübhəsiz ki, bu, Amerikanın qlobal liderlikdən geri çəkilməsi və ya Çinə qarşı Rusiya ilə gizli sövdələşməsi kimi qiymətləndirilə, hətta NATO-da da parçalanmalara gətirib çxara bilər. Xüsusən də Türkiyənin bu hərbi blokda qalıb-qalmamaq məsələsi, yəqin ki, yenidən aktuallaşacaq. Çünki Ərdoğan Türkiyəsinin hadisələrə seyrçi münasibəti onu deməyə əsas verir ki, rəsmi Ankara Çin-Avropa sərhədi arası regionda “Yeni Avrasiya”nı Rusiya ilə birgə qurmağa daha çox can atır. Türkiyənin Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətini gücləndirdiyi Azərbaycanın Rusiya ilə də müttəfiqlik münasibətini möhkəmləndirməsi Rusiya-Türkiyə-Azərbaycan yaxınlaşmasına artıq yeni məzmun verərək, onu növbəti mərhələyə keçirmiş olur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-02-2022, 10:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər