reklam
Regionxeberlericom.az » Dünya » Rusiya ziddiyyətli məlumatlar yayır - Ukraynanın digər əraziləri də işğal oluna bilər

reklam

Rusiya ziddiyyətli məlumatlar yayır - Ukraynanın digər əraziləri də işğal oluna bilər


Dünən yeddi dəqiqə ərzində Rusiya rəsmiləri bir-birini təkzib edən açıqlamalar veriblər. regionxeberlericom.az reyting.az-a istinadla xəbərinə görə, öncə Kremlin açıqlamasında bildirilib ki, qondarma Luqansk və Donetsk “respublikaları”nın həm indiki, həm də separatçıların iddia etdiyi daha geniş bir ərazisinin hüquqlarını tanıyıblar. Bundan qısa müddət sonra Rusiya Xarici İşlər Nazirliyi qondarma respublikaların yalnız nəzarət etdikləri bölgəsini tanıdıqlarını açıqlayıb.

Xatırladaq ki, Rusiyanın nəzarətində olan iki qondarma qurum hazırda olduğundan daha geniş əraziyə iddialıdır. Bura cəbhə xəttinin Ukrayna hökumətinin nəzarətində olan böyük Mariupol şəhəri də daxildir. Əgər Rəsmi Moskva qondarma qurumun iddialarını dəstəkləsə, Rusiya həmin ərazini ələ keçirmək üçün hücuma keçə bilər.

Beləliklə, bu gün əsas sual budur: Rusiya həmin regionların mövcud sərhədlərini yoxsa nəzarət etmək istədikləri daha böyük ərazini tanıyır? Hələlik bu sualın cavabı dəqiq deyil.

Rusiya Xarici işlər nazirinin müavini mətbuat konfransında Rusiyanın bu “dövlətlərin hazırkı yurisdiksiyalarını” tanıdığını deyib. Bundan sonra prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da oxşar sualı cavablandırıb. Peskov bəyan edib ki, həm indiki sərhədlər, həm də iddia edilən ərazilər tanınıb.

Qeyd edək ki, 2014-cü ildə elan edilən sərhədlərə Mariupol kimi şəhərlər də daxildir. Amma indiki sərhədlər belə deyil.

“Qardian” qəzetinin analitiki Endryu Rotunun fikrincə, qeyri-müəyyənlik Rusiya tərəfindən qəsdən yaradıla bilər.

Digər tərəfdən, ola bilsin ki, çıxış edənlərin çoxu bu sualın cavabını bilmir. BBC müxbirinin israrlı suallarına baxmayaraq, Peskov çıxışına heç nə əlavə edə bilməyəcəyini deyib.

Bu hadisələrdən sonra açıqlama verən Rusiyanın dəstəklədiyi separatçıların lideri Denis Puşilin Moskvanın Ukraynanın şərqindəki Donetsk vilayətinin daha geniş sərhədlərini rəsmən tanıdığını və bu ərazilərin əksəriyyətinin Ukrayna qüvvələrinin nəzarətində olduğunu bildirib.

Beləliklə, müharibə ehtimalı qalır. Əgər Rusiya iddia edilən regionu bütövlükdə ələ keçirmək göstərişi verəcəksə, bu, yeni müharibə deməkdir. Bu müharibədə Rusiyanın Ukrayna ilə birbaşa vuruşması üçün rəsmi Moskvanın “legitim” əsasları da olacaq. Çünki Rusiya həmin regiondakı separatçıları rəsmən tanıyıb və onlarla hərbi müttəfiqlik sazişi imzalayıb.




Paylaş:


Müəllif : Tarix:
23-02-2022, 12:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər