"Burada qalib gələn Çin olacaq, qoca Putini tələyə saldılar" - HƏQİQƏTƏN DƏ...
“2014-cü ildə Rusiya Kırımı ihlaq edəndə və Dombasda separat hərakatlar başladıqda mütəxəssislər deyirdilər ki, Rusiyanın gələcək planı Moldova ilə Kırımı birləşdirmək, birbaşa yol açmaq və bununla da Rusiya üçün təhlükəsizlik zolağı yaratmaqdır. İkincisi isə, Kırıma quru yolunun açılması məsələsi gündəmdə idi. Çünki bilirsiniz ki, Kırıma quru yolu yoxdur və Rusiya bu səbəbdən də dəniz üzərindən körpü salıb. Üçüncü məsələ isə odur ki, Ukrayna Kırıma suyun verilişini bağlamışdı. Bu hücumlar onu göstərdi ki, Rusiya Ukraynanı məcbur edəcək ki, quru yolu açılsın, Kırım su ilə təmin edilsin”. Bu fikirləri hərbi-siyasi ekspert Elçin Axundzadə Biizmyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, 1 həftə ərzində Ukrayna ordusu davam gətirərsə, bu Rusiyada daha böyük etirazlara səbəb olacaq.
“Rusiyanın sürətlə irəliləməsinin məqsədi isə Ukraynanı kapitulyasiya aktına qol çəkdirməkdir. Rusiya Krıma quru yolun açılması, su ilə təmin edilməsi şərtlərini qoyduqdan sonra öz ordusunu geri çəkəcək. Çünki müharibə Rusiya iqtisadiyyatına böyük zərbələr vurur. Artıq Amerika 4 banka qarşı sanksiyalar tətbiq edib. Müharibə çox çəkərsə, Rusiyada daxilində çaxnaşmalar olacaq.
Rusiya həm Belarusdan, həm də digər tərəflərdən zərbələr endirir. Məqsəd Kiyevi mühasirəyə almaq, dəstəkçi sazişə qol çəkdirməkdir. Amma inanmıram ki, Ukrayna buna qol çəksin. Çin fəlsəfəsinə görə, iki ölkə vuruşduqda üçüncü qalib olur. Burada da qalib gələn Çin olacaq. Qoca Putini tələyə saldılar. Putin müharibədən üzü ağ çıxmaq üçün Zelenskini təslimsiz sülhə məcbur etmək üçün hər cür şəraitə gedəcək”.
Ekspertin sözlərinə görə, Rusiya ordusu həm texnika, həm canlı qüvvə baxımından Ukryanadan dəfələrlə çoxdur. Amma Ukrayna xalqı da döyüşkən xalqdır. “Özünüz də görürsünüz ki, Ukrayna çoxlu sayda Rus texnikasını məhv edir. 7 təyyarə, 6 helikopter, 10-a yaxın tank və hərbi texkina artıq məhv edilib. Bu texnikaların içəsirində də Rus əsgərlərinin olduğunu nəzərə alsaq, bu, onlarla Rus əsgərinin məhvi deməkdir.
Amma hər iki dövlər bizə yaxındır və bu dövlətlərdə bizim kifayət qədər həmvətənlərimiz yaşayır. Biz istərdik ki, onların arasında və sərhədlərimizdə sülh olsun”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-02-2022, 12:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər