reklam
Regionxeberlericom.az » Dünya » Boris Conson Putinin "nüvə xəbərdarlığı"na münasibət bildirdi

reklam

Boris Conson Putinin "nüvə xəbərdarlığı"na münasibət bildirdi
















“Vladimir Putinin Rusiyanın nüvə qarşısının alınması qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirməsi Ukraynada baş verənlərin reallığından yayındırmaqdır”.

BBC  xəbər verir ki, bu sözləri Böyük Britaniyanın baş naziri Boris Conson deyib. O ukraynalıları göstərdikləri müqavimətə görə tərifləyib.

B. Conson böhranı həll etmək üçün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında mümkün danışıqlara şübhə ilə yanaşır. Baş nazir Avropa qitəsində baş verənləri “mütləq fəlakət” adlandırıb.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski əvvəlcə Belarusda danışıqlar təklifini rədd edib, daha sonra iki tərəfin Ukrayna-Belarus sərhədində görüşə biləcəyi barədə razılığa gəlib.

Lakin B. Conson deyib ki, o, Putinin təklifində səmimi olduğunu göstərən heç nə görməyib.




Paylaş:


Müəllif : Tarix:
28-02-2022, 09:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər