reklam
Regionxeberlericom.az » Dünya » Rusiyanı gözləyən böyük təhlükə: Aclıqla imtahana çəkiləcək - BUNA DOĞRU GEDİR...

reklam

Rusiyanı gözləyən böyük təhlükə: Aclıqla imtahana çəkiləcək - BUNA DOĞRU GEDİR...


Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə Amerika Birləşmiş Ştatları (ABŞ) və digər Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib.

ABŞ və avropalı müttəfiqləri Rusiyanın bir sıra kredit təşkilatına, birbaşa investisiya fonduna qarşı, xüsusilə də rublun konvertasiyasını məhdudlaşdıran yeni sanksiyaları elan edib. Bundan başqa, Rusiya SWIFT sistemindən çıxarılır.

Qeyd edək ki, sanksiyalar Rusiya Mərkəzi Bankına da şamil edilib. Eyni zamanda, dünyanın bir çox ölkəsi hava məkanını Rusiya təyyarələrinin üzünə bağladı. Rusiya Prezidenti Vladimir Putin və hökumət üzvlər də diplomatik sanksiyalara məruz qaldı. Bütün bunların məntiqi nəticəsi olaraq, Rusiya rublu kəskin ucuzlaşdı. Bu fonda Avropa Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün müzakirələr keçirir.

Maraqlıdır, Rusiyaya qarşı daha hansı sanksiyalar tətbiq oluna bilər? İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında deyib ki, sanksiyaların detalları kifayət qədər çoxdur:

“Bu gün yeni sanksiyalara ərzaq eksportları daxildir. Yəni Rusiyaya ərzaq məhsullarının ixracına sanksiya tətbiq oluna bilər. Bu sahəyə də toxunsalar, Rusiya çıxılmaz vəziyyətə düşəcək. Maliyyə sektoruna tətbiq olunan sanksiyaların nəticələrini ən gec bir ay sonra görəcəyik. Əslində, proses sürətli gedir, amma açıqlamalar verilmir. Vətəndaşlar bank hesablarından depozitlərini kütləvi şəkildə geri çəkir. Rusiya bunu açıqlamasa da, Sloveniyada, Xorvatiyada Rusiyanın “SberBank”ının törəmə şirkətləri müflisləşməyə yaxın olduqarını elan ediblər. Digər şöbələr də yaxın günlərdə bunu elan edəcəklər. Çünki depozitlər sürətli şəkildə geri çəkilir. Əgər ərzaq sanksiyası da tətbiq olunsa, Rusiya üçün vəziyyət kritik həddə çatacaq. Düzdür, bu, bir çox beynəlxalq konvensiyaların tələblərinə cavab vermir. Amma hesab edirəm ki, Avropa bu sektora da toxunacaq”.




Paylaş:


Müəllif : Tarix:
1-03-2022, 15:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər