reklam
Regionxeberlericom.az » Dünya » 200-ə yaxın soydaşımız Xarkovdan çıxarılır - RƏSMİ

reklam

200-ə yaxın soydaşımız Xarkovdan çıxarılır - RƏSMİ


“İndilərdə Xarkovdan qatar Lvov şəhərinə yola çıxır və 200-ə yaxın soydaşımız günorta saatlarına şəhərə çatacaq”.

Bunu İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli açıqlamasında bildirib.

O deyib ki, ötən gün təxminən 400 azərbaycanlı Lvov şəhərinə təxliyə olunub:

“Bu gün başqa bir qatarın da Xarkovdan çıxması gözlənilir. Kimlər Xarkovdan çıxmaq istəyirsə, bizə müraciət etsinlər”.

S.Adıgözəlli qeyd edib ki, bu gün Kiyev şəhərindən də azərbaycanlıların təxliyəsi olacaq.

Qeyd edək ki, müharibə ilə bağlı vətəndaşlarımız müxtəlif yollarla Ukraynadan çıxarılır və Azərbaycana gətirilir.




Paylaş:


Müəllif : Tarix:
2-03-2022, 09:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər