“RUSİYA ÜÇÜN İQTİSADİ CƏHƏNNƏM...” – “Amerika Çin banklarına Rusiya qızılını almağı və yuanı dollarla dəyişməyi qadağan edə bilər”
Rusiyanın Ukraynaya soxulmasından sonra Qərb dünyası gözlənildiyi kimi artan xətlə Rusiya iqtisadi-maliyyə sisteminə qarşı sanksiyaların tətbiqinə start verib. Artıq Rusiyanın valyuta və fond bazarnda ciddi sarsıntılar başlayıb.
Ukraynanın “Korrespondent.net” internet portalında dərc olunan materialların bir qismini oxuculara təqdim edir.
Rusiya üçün iqtisadi cəhənnəm
Qərb Rusiyanın iri banklarına qarşı sanksiya tətbiqinin ardından ayrı-ayrı maliyyə təsislərini də “SWIFT” şəbəkəsindən xaric edib və Rusiya Mərkəzi Bankının aktivlərini dondurub. Belə kombinasiyalı sanksiyalar rus rublunu idarə edilməz devalvasiya mexanizmi ilə üz-üzə qoyur. Moskva birjasında qiymətli kağızlarla ticarət dayandırılıb. London birjasında “Rosneft”in səhmləri 45 faiz, ”Novatek”in səhmləri isə 54 % dəyər itirib. Dollar artıq 150 rublun üzərinə çıxıb, rusiyalılar bankomatların qabağında növbəyə düzülüblər. Bu, tarixi mənfi rekord göstəricidir. Belə bir vəziyyət nə 2008-ci ilin maliyyə böhranı, nə də ki, 2014-cü ildə Krımın ilhaqı zamanı yaranmışdı.
Mərkəzi Banka qarşı sanksiyalar Rusiya Mərkəzi Bankına qarşı qoyulan sanksiyalar daha ölümcüldür. Onun aktivlərinin və beynəlxalq ehtiyatlarının yarısını dondurmaq qərarı verilib. Bu, Rusiya Mərkəzi Bankının “qara gün” üçün xarici aktivlərdə saxladığı vəsaitlərdir. Bu ehtiyatların sayəsində Mərkəzi Bank son günlər rublu dəstəkləmək üçün öz dollarlarını açıq bazarlarda satırdı. İndi gərək onlar ayrı mənbələr axtarsınlar. Rusiyalı iqtisadçı Sergey Quriyev yaranmış vəziyyəti belə şərh edib: ”İndi bəziləri deyirlər ki, qorxulu heç nə yoxdur, Mərkəzi Bankın hələ qızılı və yuanı var, onları reallaşdırmaq mümkündür. Bunun necə baş tutacağı aydın deyil. Ona görə ki, Amerika sanksiyaları çox ciddi mexanizmdir və Çin banklarının Rusiya Mərkəzi Bankına yardım etməsi çətindir. Çünki buna görə Amerika onlara qarşı ciddi cəza tədbiri görə bilər. Bu, nəzəriyyə deyil, artıq belə bir şey olub.
Məsələn, belə bir hal ABŞ sanksiyalarını pozan Fransanın “BNP Paribas” bankının başına gəlib. Bu bank 9 milyard dollar cərimə ödəməyə məcbur qalıb. Çin banklarının Rusiyaya kömək göstərəcəyini güman etmirəm. Vəziyyət tamamilə aydındır. Kiminsə Amerika sanksiyaları altına düşmək riskini heçə sayaraq, Rusiya qızılı alması qətiyyən inandırıcı deyil. Amerika Çin banklarına Rusiya qızılını almağı və yuanı dollarla dəyişməyi qadağan edə bilər. Əlbəttə, Rusiya Mərkəzi Bankına dollar və avro lazımdır, ona görə ki, Rusiyaya əksər idxal məhsulları Avropadan gəlir. Dərman, texnologiya, ərzaq almaq üçün yuan yox, dollar lazımdır. Çin bankları dollar və ya avro çatışmazlığının öhdəsindən gəlmək üçün Rusiya banklarına kömək edərmı? Mən buna inanmıram”
Dollarsız ölkə
Sanksiyalara cavab olaraq Vladimir Putin “xüsusi iqtisadi tədbirlərin təbiq olunması” barədə fərman imzalayıb. Bütün bunlarla yanaşı, Rusiya prezidenti 1 mart tarixindən aşağıdakıları edə bilməz:
Xarici banklarda və xarici maliyyə təşkilatlarında olan valyutaları öz hesabına köçürə bilməz.
- Elektron ödəmə vasitələrindən istifadə edərək xarici ödəmə xidmətinə pul köçürmələri həyata keçirə bilməz.
- Borc razılaşması üzrə qeyri-rezidentlərə xarici valyuta ötürə bilməz.
Bundan əlavə Rusiya rezidentləri xarici iqtisadi fəaliyyətin iştirakçılarıdır. Onlar əldə etdikləri valyuta gəlirinin 80%-ni satmalıdırlar. Bunu məhsulların satılması müqaviləsinə və qeyri-rezidentlərin xidmətinə əsasən etməlidirlər.
Əlavə suallar meydana gəlir
Rusiya milyarderi Oleq Deripaska Rusiya Mərkəzi Bankının uçot faiz dərəcəsini 9,5%-dən 20 %-ə qaldırmasına və şirkətlərə əldə etdikləri gəlirin 80 faizini rubla çevirməsi ilə bağlı əmr veriilməsinə qarşı çıxıb. Deripaska deyib: ”Yaxın üç ayı əhatə edəcək iqtisadi siyasətlə bağlı izah verilməsini və aydın şərhlərin olmasını çox istərdim. Əgər bu, real böhrandırsa, onda böhran menecerlərinə ehtiyac var. İndi 2014-cü ildəki kimi rahat oturmaq mümkün olmayacaq. İqtisadi siyasət dəyişməlidir, dövlət kapitalizmindən yaxa qurtarmaq lazımdır”.
Rusiya Mərkəzi Bankının vəsaitləri necə yerləşdirilib?
Xatırladaq ki, Rusiya bankı bu cür sanksiya altına düşən ilk iri mərkəzi bank olacaq. Buna qədər İranın, Venesuelanın, Suriyanın və Əfqanıstanın mərkəzi bankları bu tərz sanksiyalarla üzələşiblər. Gördüyünüz kimi, necə də əla kampaniyadır...
1 fevral tarixinə kimi Rusiya Mərkəzi Bankının ehtiyatının 311 milyard dolları xarici emitentlərin qiymətli kağızlarında yerləşdirilib(məsələn, böyük ölkələrin dövlət istiqrazlarında). Bundan başqa, 152 milyard dollar isə xaricdəki banklarda nağd valyuta şəklində depozitə qoyulub. Əlavə olaraq 132 milyard dollar dəyərində qızıl Rusiya ərazisindədir. Demək olar ki, bu, 72 milyon troya unsiyası, yəni 2 min ton edir. Digər yandan 30 milyard dollar “Beynəlxalq Valyuta Fondu”nun və “Xüsusi Borcalnma Hüququ”(SDR) adlanaın orqanın ehtiyatında saxlanılır.
Rusiyada qızıl kifayət qədər çox olsa da, o, elə də likvid deyil.Onu qarşılıqlı ödəmələrdə istifadə etmək hədsiz dərəcədə mürəkkəb işdir. Qızılı valyutaya çevirmək də asan deyil. Bunun üçün onu ölkədən çıxarmaq, sonra isə sanksiyalardan qorxmayanları tapmaq lazımdır. Rusiya Mərkəzi Bankına qarşı sanksiyanı dəstəkləməyən Çində Rusiyanın 77 milyard dolları var. Çin bu pulların bloklanmasına getməyəcək. Deməli, yerdə qalan 461+30 milyard(491milyard) dollar vəsait bolklana biləcək.
Yekun: Bu sanksiya məhdudiyyətlərinin nə dərəcədə səmərəli olacağını Rusiya valyuta bazarının həftəlik işi göstərəcək. Əgər bir dolların məzənnəsi 150 rublu keçərsə, bu sanksiyalar yaxşı düşünlümüş hesab edilə bilər. Hərçənd ki, sanksiayalar hələ tam əhatəli deyl. Əgər məzənnə 250-350 rubla kimi qalxarsa, bu, sanksiyalrı daha səmərəli edəcək.
Sanksiya zərfinin səmərəli işləməsi üçün təkcə Mərkəzi Bankın ehtiyatlarının dondurulması kifayət etməz. Almaniya kansleri Olaf Şolsun söylədiyi kimi, Avropa Birliyinin Rusiya qazından və neftindən imtina etməsi gərəkdir. Heç olmasa, qismən imtinaya getmək mümkündür. Avropanın Rusiyadan enerji resursları tədarük etməməsi isə, tam ideal olardı”.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-03-2022, 14:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər