Rusiya Ukrayna ilə danışıqlarda tələblərini AÇIQLANDI
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə danışıqların ikinci raundunda Moskvanın tələblərini səsləndirib.
Xarici medianın məlumatına görə, danışıqlar martın 3-də Belovejskdə baş tutacaq.
Rusiya Ukraynadan Donetsk və Luqansk vilayətləri sərhədləri daxilində iki qondarma respublikanı tanımağı, “açıq parametrlər üzrə demilitarizasiyadan” keçməyi tələb edir.
Lavrov qeyd edib ki, Rusiya “təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır”.
Moskva həmçinin “bütün xalqların qanuni hüquqlarını təmin edəcək” saziş təklif edir. Ukrayna "keçmişdə Almaniyanın etdiyi kimi denazifikasiya prosedurundan keçməlidir", - Lavrov deyib.
Rusiyanın xarici siyasət idarəsinin rəhbəri onu da qeyd edib ki, Ukraynanın nüvə silahı yaratmaq üçün texniki potensialı var, lakin Rusiya “bunun edilməsinə imkan verməyəcək”.
“Texniki, texnoloji potensial var... Məsuliyyətlə bəyan edə bilərəm ki, biz buna imkan verməyəcəyik... Ukraynada heç vaxt yerləşdirilməyəcək və yaradılmayacaq zərbə silahlarının konkret növləri müəyyən edilməlidir”, - Lavrov xatırladıb.
Lavrov vurğulayıb ki, Rusiyanın tələblərini təslim olmağa çağırış adlandırmaq olmaz.
Rusiya prezidentinin köməkçisi Vladimir Medinski isə bəyan edib ki, Rusiya danışıqların ikinci raundunda atəşkəs məsələsi müzakirə olunacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-03-2022, 10:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər