"Exo Moskvı" radiosu və saytı LƏĞV EDİLDİ
“Exo Moskvı”nın Direktorlar Şurası radiostansiyanın və saytının ləğv edilməsi barədə qərar qəbul edib.
Rusiya KİV-i xəbər verir ki, bu barədə “Exo Moskvı”nın baş redaktoru Aleksey Venediktov “Telegram” kanalında bildirib.
A.Venediktov daha əvvəl yerli mətbuata açıqlamasında Direktorlar Şurasının onunla müqaviləyə xitam verə biləcəyini etiraf etmişdi.
Qeyd edək ki, martın 1-də Baş Prokurorluq “Exo Moskvı” radiostansiyasına girişin məhdudlaşdırılmasını tələb edib. Belə izah olunub ki, sözügedən radiostansiya və eyniadlı sayt Rusiya hərbçilərinin Ukraynadakı əməliyyatları barədə yalan məlumatlar təqdim edib.
Bundan sonra radio yayımdan çıxarılıb, sayt bloklanıb.
Lakin bütün bunlara baxmayaraq, Venediktov bildirib ki, redaksiya bu qərara məhkəmədə etiraz edəcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-03-2022, 12:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər