Rusiyanın görəcəyi günlər qabaqdadır - GƏLİŞMƏ
Rusiya Qərbin hərtərəfli sanksiyalarına, təzyiqlərinə məruz qalır. Kreml rəhbərliyinə qarşı oliqarxların, elm ictimaiyyətinin və əhalinin müəyyən etirazları olsa da, narazılıq kütləvi xarakter daşımır. Putinin işğalçılıq siyasəti fonunda rusların kütləvi etirazları nəzərə çarpmır. Halbuki, Rusiyaya qarşı məlum sanksiyalar və təzyiqlərindən sonra dünya birliyi rus xalqından izdihamlı aksiyalar gözləyirdi.
Xatırladaq ki, Rusiyanın bir sıra şəhərlərində hökumət əleyhinə baş vermiş etiraz aksiyalarına polis tərəfindən sərt müdaxilə olunub, minlərlə rus saxlanılıb. Məlumata görə, siyasi şərhçi Azər Niftiyev “Şərq”ə bildirib ki, Rusiya sonu məlum olmayan yola qədəm qoyub. Ekspert xatırladıb ki, Rusiyanın Ukraynaya qarşı hücumundan öncə ABŞ Prezidenti Co Bayden və Avropa dövlətlərinin liderləri Ukraynada yaşayan vətəndaşlarına müraciət edir, onları təcili olaraq bu ölkəni təkr etməyə çağırırdılar. Ardınca da bəyan edirdilər ki, Rusiyaya qarşı döyüşməyəcəklər:
“Bütün bunlar Putində bir arxayınlıq yaratdı və hesab edirdi ki, Qazaxıstanda baş verən senarini Ukraynada da təkrarlaya biləcək. Düzdür, o gözləyirdi ki, Rusiya banklarını SVIWT-dən ayıracaqlar, müəyyən sanksiyalar olacaq, lakin bu həddə qədər olacağını ehtimal etmirdi. Eyni zamanda Ukrayna iqtidarının və xalqının sona qədər müqavimət göstərəcəyini də nəzərə almadı”.
Analitikin sözlərinə görə, Putin bu gün çətin seçim qarşısında qalıb:
“Belə demək mümkünsə, ABŞ və Qərb onu tələyə saldı. O, bir neçə günə Zelenskini devirib, parlamenti buraxıb, öz adamını, misal üçün, Yanukoviçi yenidən hakimiyyətə gətirib, Ukraynanı nəzarətə almalı və bir müddət sonra isə ordusunu Ukraynadan çıxarmalı idi. Lakin Qərb Kremlə qarşı elə sanksiyalar tətbiq etdi ki, daha bundan sonra Putinin Rusiyaya rəhbərlik etməsi faktiki olaraq mümkün deyil. Ya Rusiya Şimali Koreya yolunu tutmalı və özünü dünyadan təcrid etməli, ya da məğlubiyyətini eiraf etməlidir. Hadisələr sürətlə inkişaf etsə də, yeni başlayıb. Bu mənada rus xalqının Putini dəstəklədiyinə dair iddiaları əsassız saymıram. Rusiya ictimaiyyəti Qərbin sanksiyalarını öz üzərində daha çox hiss etdikcə, daxili müqavimət qarşısıalınmaz xarakter alacaq”.
A.Niftiyev əlavə edib ki, Rusiyanın görəcəyi günlər hələ qabaqdadır:
“Artıq Rusiya oliqarxları müharibəyə kəskin etiraz edirlər. Putin nüvə müharibəsi ilə dünyanı hədələyir. Halbuki, bir neçə ay öncə deyirdi ki, nüvə barədə danışmağın özü belə axmaqlıqdır. Bu gün isə bu barədə bəhs edir, tapşırıqlar verir. Çünki bilir ki, itirəcəyi bir şey yoxdur. Rusiya ictimaiyyətinin etiraza qalxacağı qaçılmazdır və rusların Putinin işğalçılıq siyasətini dəstəklədiyinə dair fikirlərin heç bir əsası yoxdur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-03-2022, 13:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər