reklam
Regionxeberlericom.az » Dünya » Ukraynada separatçı “federativ respublika”nın təşkilatçıları saxlanılıb - FOTO

reklam

Ukraynada separatçı “federativ respublika”nın təşkilatçıları saxlanılıb - FOTO

















Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin qərbində yeni “xalq respublika”sının təşkilatçılarını saxlayıblar.

Bu barədə “Report” Ukraynanın Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, separatçıların məqsədi Ukrayna ordusunun arxa cəbhəsindəki vəziyyəti pozmaq olub.

Məlumata görə, İvano-Frankovsk, Zakarpat, Lvov, Ternopol və Çernovis vilayətləri qondarma "Ukrayna Federativ Respublikası"na daxil olmalı idi. Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları təşkilatçı və onun köməkçilərini İvano-Frankovsk vilayətində saxlayıblar.

















Separatçılar ölkənin qərb və mərkəzi bölgələrində yarım min nəfərdən çox satqın toplamalı idilər. Plana görə, onlar təhlükəsizlik qüvvələrini və qanuni hakimiyyət nümayəndələrini zərərsizləşdirməli, bundan sonra inzibati binaların zəbt edilməsi və “xalq respublikası”nın elan edilməsi nəzərdə tutulurdu. Separatçılar sonda Moskvanın nəzarətində olan yeni dövlətdə birləşməyi planlaşdırıblar.

Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 109-cu - “Konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə, devirməyə və ya dövlət hakimiyyətini ələ keçirməyə yönəlmiş hərəkətlər” maddəsi ilə iş başlanıb. Şübhəliləri 10 ilə qədər həbs gözləyir.




Paylaş:


Müəllif : Tarix:
5-03-2022, 23:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər