"Taliban"ın ən məxfi liderlərindən biri ictimaiyyət qarşısında - FOTO
ABŞ-ın "ən çox axtarılanlar" siyahısında yeganə şəkli yarı örtülü olan, "Taliban"ın ən məxfi liderlərindən biri, daxili işlər naziri Siracəddin Haqqani Əfqanıstan polisinin işə qəbulu ilə bağlı keçirilən paradda ilk dəfə üzü açıq şəkildə görünüb.
Haqqani Şəbəkəsinə də rəhbərlik edən daxili işlər naziri Siracəddin Haqqaninin şəkli əvvəllər yalnız arxadan aydın formada çəkilirdi. "Taliban" rəsmiləri onun yalnız üzünü göstərməyən və ya rəqəmsal olaraq bulanıq fotoşəkillərini dərc edirdi. Onun şəkilləri hazırda sosial mediada geniş şəkildə paylaşılır.
O, paraddakı çıxışında “məmnunluğunuzu və inamınızı artırmaq üçün sizinlə ictimaiyyət qarşısında mediaya görünürəm. Rəhbərliyimizlə nə qədər dəyərli olduğumuzu biləsiniz" - deyib.
S.Haqqani son 20 ilin ən pis zorakılıqlarda günahlandırılan "Taliban"ın güclü alt qrupuna rəhbərlik edir. ABŞ onun bir sıra terror hücumlarına görə məsuliyyət daşıdığını bildirərək, həbsinə səbəb olacaq məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edib.
40 yaşlarında olduğu güman edilən Siracəddin Haqqani polis paradında bir çox yüksək vəzifəli "Taliban" məmurları kimi qalın saqqal saxlayıb, qara türban və ağ şal geyinib.
Xatırladaq ki, 1970-ci illərdə Cəlaləddin Haqqani tərəfindən əsası qoyulan Haqqani Şəbəkəsi Sovet İttifaqının Əfqanıstanın işğalına qarşı mücahidlər müharibəsi zamanı MKİ tərəfindən fəal şəkildə dəstəklənib.
Siracəddin Haqqani onun oğludur və 2018-ci ildə ölümündən sonra atasının yerinə keçib.
Siracəddin Haqqani 2008-ci ildə Kabildəki Serena otelində 6 nəfərin ölümü ilə nəticələnən hücumda və Əfqanıstanın keçmiş Prezidenti Həmid Kərzaiyə qarşı edilən sui-qəsd cəhdində günahlandırılıb.
FTB Ədliyyə Mükafatları proqramı onun "Əl-Qaidə" ilə yaxın əlaqələr saxladığını və xüsusilə, məşhur qlobal terrorçu olduğunu deyir.
O, həmçinin 2020-ci ildə "New York Times"da "Biz Taliban nə istəyirik" adlı rəy yazısının müəllifi kimi qəbul edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-03-2022, 21:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər