reklam
Regionxeberlericom.az » Dünya » “Rusiya-Ukrayna böhranının tezliklə həlli mümkün deyil” - Nəticəsiz görüş!

reklam

“Rusiya-Ukrayna böhranının tezliklə həlli mümkün deyil” - Nəticəsiz görüş!


Dünyanın bir çox ölkələrinin nümayəndələrinin qatılacağı Antalya Diplomatik Forumu öz işinə başlayıb. Forum çərçivəsində Türkiyə,Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın arasında üçtərəfli görüşü baş tutub. Görüş sonrası mətbuat konfransı keçirilib. Ukrayna XİN başçısı D.Kuleba mediaya açıqlamasında danışıqların ağır keçdiyini və atəşkəslə bağlı razılıq əldə olunmadığını vurğulayıb.Rusiya xarici işlər naziri S.Lavrov isə rəsmi Moskvanın sonadək məsələni diplomatik yolla həll etmək istədiyi diqqətə çatırıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da üçtərəfli görüşə münasibət bildirib:“Rusiya ilə Ukrayna arasında diplomatik təmasların davam etməsi üçün səylərimizi əsirgəməyəcəyik”. Hərbi-siyasi ekspert Həşim Səhrablı XİN başçılarının görüşünün mövcud Rusiya-Ukrayna böhranına təsir göstərə biləcək tərəflərini “Sherg.az”a şərh edib. Ekspert bu xüsusda Türkiyənin roluna diqqət çəkib:

“Son vaxtlar Türkiyə ümumdünya siyasətinin mərkəzi halına gəlib. Rəsmi Ankaranın dünyaya təsir imkanları artıb. O, Şərqlə Qərbin bir-birinə qarşı olan anlaşılmazlıqlarının həllinə yönəlib. Hazırda Türkiyə öz sözünün dünya siyasətində keçərli olması baxımından ən effektiv ölkədir. NATO üzvü olmasına rəğmən o, bütün dünya ölkərini arasında barışdırıcı missiyanı üzərinə götürməyə çalışır.Təbii ki, bu məqamda Türkiyənin öz dövlət maraqları da qorunur”.

Siyasi şərhçinin fikrincə, indi 2014-cü ildən davam edən və hazırda alovlanan Rusiya-Ukrayna böhranının tezliklə həll olunması mümkün deyil:

“Rusiya Ukraynaya hücumu zamanı başda orda iqtidar dəyişikliyi edib, rus meyilli bir fiquru iqtidara gətirmək istəsə də, bu, baş vermədi. Düzdü hazırda Ukrayna iqtidarı Qərblə əvvəlki qədər səmimi münasibətlər qurmaq istəməsə də vətənlərini də Rusiyaya təhvil vermək niyyətində deyillər. Hazırda tərəflərin böhranın həlli üçün bir-birinə təklif etdiyi tələblər tamamilə ziddiyyət təşkil edir. Bu tələblər arasında fərqlər az olsa idi, o zaman böhranın qısa zamanda həlli mümkün olardı. İndi Rusiya Krımın rus torpağı olmasını və Donesk və Luqanskın “müstəqilliyinin” tanınmasını,Ukrayna da bütün bu bölgələrdən rus qoşunlarının çıxarılmasını və beynəlxaq hüquqda tanınmış Ukraynanın ərazi bütövlüyünün təmin edilməsini istəyir. Görünən odur ki, coğrafi məsələlər istisna olmaqla onlar digər məsələlərdə razılaşa bilərlər”.

H.Səhrablı vurğulayıb ki, hazırda tərəflər arasında keçirilən belə görüşlər sadəcə müharibənin acı fəsadlarının aradan qaldırılmasında razılıqlara səbəb ola bilər : “Ola bilsin artıq əvvəlki kimi dağıdıcı əməliyyatlara şahid olmayacayıq. Bundan sonra Ukraynanın timsalında beynəlxalq güclərin bir-biri ilə mübarizə apardığı Suriya, Liviya nümunəsi görə bilərik. İndi, bəlkə də, həmin ssenarilərin Ukraynada təkrarlanması planlaşdırılır. Problemin həlli isə daha uzaq bir perspektiv tələb edir”.




Paylaş:


Müəllif : Tarix:
10-03-2022, 17:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər