Qırğızıstan-Tacikistan sərhədində atışma olub
Qırğızıstan və Tacikistan sərhədçiləri arasında son sutka ərzində iki insident yaşanıb.
Məlumatı Qırğızıstanın sərhəd xidmətinin mətbuat mərkəzi yayıb.
Məlumatda qeyd olunur ki, martın 10-da səhər saatlarında Tacikistan sərhəd dəstəsinin hərbçiləri Qırğızıstanın Batken regionunda yoldan keçən avtomobillərə daş atmağa başlayıb.
Qırğızıstan sərhədçisinin bunu dayandırmaq tələblərinə tacik hərbçiləri məhəl qoymayıblar.
“Qırğızıstan sərhədçiləri tacik hərbçilərin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün havaya xəbərdarlıq atəşi açmağa məcbur olublar. Bu zaman ərazidə xidmət aparan Tacikistan Respublikasının digər sərhəd dəstəsi qırğızıstanlı sərhədçilərə atəş açıb. Nəticədə təxminən 20 dəqiqə davam edən atışma başlayıb. Atışma nəticəsində Qırğızıstan tərəfdən xəsarət alan olmayıb”, - deyə Qırğızıstan tərəfinin yaydığı məlumatda qeyd olunur.
İnsident nəticəsində yaralanan və ölənlərin olmadığı bildirilir.
Mənbə: “Sputnik” Qırğızıstan
Paylaş:
Müəllif : Yazar
Tarix:11-03-2022, 09:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər