reklam
Regionxeberlericom.az » Dünya » “Putin Ukraynada nüvə silahından istifadə etsə...” - "Rus əsgərləri 2-3 həftə sonra dovşana dönəcəklər”

reklam

“Putin Ukraynada nüvə silahından istifadə etsə...” - "Rus əsgərləri 2-3 həftə sonra dovşana dönəcəklər”








Ukrayna Prezident Ofisi başçısının müşaviri, tanınmış hərbi ekspert Aleksey Arestoviç müharibənin gedişi və mümkün perspektivlərilə bağlı maraqlı proqnozlarla çıxış edib.

Ukrayna telekanallarına açıqlama verən Arestoviç Putinin nüvə silahı ilə bağlı hədə-qorxularının reallığa çevrilməsinin inandırıcı olmadığını bildirib: “Onlar artıq müharibənin ikinci günündən nüvə şantajına başladılar. Gəlin baxaq. 

Birincisi, texniki olaraq nüvə silahından istifadə ən azı 7 nəfərdən asılıdır – Putindən açarı çevirən zabitə qədər. Mən düşünmürəm ki, bu zəncirin bütün həlqələri işləyəcək.

İkincisi, Ukraynaya qarşı total nüvə zərbəsi nəticəsində Belarusun və Avropanın da böyük hissəsi uzun illər boyu yaşanmaz vəziyyətə gələcək”.

Taktiki nüvə silahının tətbiqinə və gücünə gəlincə, Arestoviç bunu çox güclü aviazərbələrlə eyniləşdirib və deyib ki, artıq müharibə başlayndan bəri Ukrayna bir neçə dəfə belə aviazərbələrə məruz qalıb. Bununla yanaşı, onun fikrincə, Putinin Ukraynada istənilən nüvə silahından istifadəsi onun özünün fiziki məhvilə nəticələnəcək: “Əgər onlar nüvə silahından istifadə etsələr, elə sanksiyalar tətbiq ediləcək ki, bunlar iki günə onları sındıracaq. Düşünürəm ki, bundan sonra Putinin sonu başının arxasına onun öz ətrafının vurduğu güllə ilə bitəcək”.

Müharibə səhnəsindəki vəziyyət barədə danışan Arestoviç hesab edir ki, Rusiyanın daha 2-3 həftə savaş apara biləcək gücü qalıb və Qarabağdan, eləcə də digər regionlardan çəkib gətirdiyi ehtiyat qüvvələr də heç nəyə nail ola bilməyəcəklər: “Onların daha bir hücum cəhdi olacaq. Hazırda onlar fasilədədirlər, Kiyev yaxınlığında faktiki olaraq darmadağın ediliblər, böyük olmayan bölmələrlə irəliləmək istəyirlər, lakin məhv edilirlər. Onlar ehtiyat qüvvələrini nisbi uğur qazandıqları istiqamətlərə yönəldirlər. Lakin onlar axmaq olduqları və lazım olanı edə bilmədikləri üçün, bu ehtiyat qüvvələri də məhv olacaq. Yəni mən hesab edirəm ki, fasilədən sonra 2-3 həftə, uzağı 3 həftə yarım aktiv hücuma cəhd edə biləcəklər. Bundan sonra dovşana dönəcəklər, çünki hücum etməyə qüvvələri qalmayacaq”.

Xatırladaq ki, A.Arestoviç Azərbaycan auditoriyasına 44 günlük müharibə dövründən yaxşı tanışdır. Onun həmin günlərdəki proqnozları və təhlilləri öz obyektivliyi ilə seçilirdi.




Paylaş:


Müəllif : Tarix:
12-03-2022, 20:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər