Rusiyadan böyük köç başlayıb – Vizasız ölkələrə qaçırlar...
Rusiya işğalçı siyasəti ilə təkcə ukraynalıları yox, həm də öz vətəndaşlarını çətin vəziyyətdə qoyub.
Belə ki, müharibənin ilk günlərindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ölkə iqtisadiyyatına ağır zərbə vurub. Rusiyada həyat səviyyəsi aşağı düşdüyündən, ruslar kütləvi şəkildə ölkəni tərk etməyə başlayıblar.
Rus iqtisadçıların hesablamalarına görə, müharibə başlayan gündən indiyə qədər 200 min Rusiya vətəndaşı bu ölkəni tərk edib.
Məlumatda qeyd olunur ki, Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və Kanada öz hava məkanlarını Rusiya üçün bağladığından, ruslar Türkiyə, Mərkəzi Asiya və Cənubi Qafqaz kimi uçuşların hələ də icazə verildiyi və viza tələbinin olmadığı ölkələrə üz tuturlar.
Rusların ən çox üz tutduğu ölkələr isə Gürcüstan və Ermənstandır. Təkcə Gürcüstana indiyə qədər 25 mindən artıq Rusiya vətəndaşının gəldiyi bildirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-03-2022, 17:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər