reklam
Regionxeberlericom.az » Dünya » Bu ölkə Ukrayna səmasını bağlamağa çağıran qətnamə qəbul etdi

reklam

Bu ölkə Ukrayna səmasını bağlamağa çağıran qətnamə qəbul etdi


Estoniya parlamenti BMT-yə üzv dövlətləri Ukrayna səmasını bağlamağa çağıran qətnamə qəbul edib.


“Qafqazinfo” xəbər verir ki, Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk feysbukda yazıb: 


"Estoniya Respublikasının Parlamenti BMT-yə üzv dövlətləri Ukraynanın səmasını Rusiya təcavüzkarından qorumaq üçün bağlamağa çağıran qətnamə qəbul edib. Bu, Aİ və NATO üzvü olan ölkənin parlamentinin qəbul etdiyi ilk qərardır. Birinci olmaq çətin, məsuliyyətli və şərəflidir”.
















O, Ukraynaya göstərdikləri cəsarət və sədaqət üçün Estoniya Parlamentinin sədri Yuri Ratasa və bütün deputatlara təşəkkür edib. 

Stefançuk qeyd edib ki, qərar dünyanın digər parlamentləri üçün qətiyyət nümunəsi olmalıdır: “Axı, parlamentarilər xalqın nümayəndələridir və dünya xalqları sülhün bərqərar olması və Ukraynanın səmasının bağlanması üçün qəti addımlar tələb edir”.









Paylaş:


Müəllif : Tarix:
14-03-2022, 23:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər