reklam
Regionxeberlericom.az » Dünya » Bu ölkə COVID-19-la bağlı səyahət qaydalarını ləğv ediləcək

reklam

Bu ölkə COVID-19-la bağlı səyahət qaydalarını ləğv ediləcək


Böyük Britaniyada COVID-19-la bağlı səyahət məhdudiyyətləri martın 18-dən etibarən ləğv ediləcək.

regionxeberlericom.az APA-nın London bürosuna istinadən xəbər verir ki, bu barədə nəqliyyat naziri Qrant Şapps bildirib. Buna görə, Britaniyaya daxil olarkən qeydiyyat anketi və peyvənd olunmamış şəxslərin ölkəyə girişdən iki gün sonra koronavirus testi verməyinə ehtiyac qalmayacaq.

O, bildirib ki, bu dəyişikliklər peyvənd tətbiqi sayəsində mümkün olub. Bununla da Pasxa bayramında insanlar daha rahat şəkildə səyahət edə biləcəklər.

Qeyd edək ki, səyahət qaydaları ləğv olunduqdan sonra Böyük Britaniyada 2020-ci ilin mart ayından etibarən ilk dəfə COVID-19 ilə bağlı hər hansi bir qanun qüvvədə olmayacaq.




Paylaş:


Müəllif : Tarix:
15-03-2022, 09:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər