reklam
Regionxeberlericom.az » Dünya » Kiyev zooparkında heyvanlar acından ölür - "Yaşıl dəhliz" tələb olundu

reklam

Kiyev zooparkında heyvanlar acından ölür - "Yaşıl dəhliz" tələb olundu


Ukraynada müharibənin acı nəticələrindən qaçmaq üçün heyvanlar üçün də "yaşıl dəhliz" təşkil edilməsi tələb olunub. Bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, Kiyev vilayətinin Demidov şəhərində yerləşən “12 ay” zooparkı heyvanlara humanitar yardım üçün “yaşıl dəhliz”in təşkilini xahiş edib.

Zooparkın yaradıcısı Mixail Pinçuk bununla bağlı açıqlamasında dyeib ki, "Heyvanlar indiyə qədər bombardmanlardan və mərmilərdən, əsasən də panikadan və ya qorxudan ölüblər. Şaxtaya davamlı olan heyvanlar volyerlərin xaricindədirlər və indi isə onlar aclıqdan ölməyə başlayıblar". Onun sözlərinə görə ekzotik heyvanlar isə istilik axtarışındarı və onlar da aclıqdan, soyuqdan ölürlərlər.

- Təəssüf ki, qaz yoxdur, işıq yoxdur, dizel də bitib, - Pinçuk zooparkdakı vəziyyətlə bağlı deyib.

Onun sözlərinə görə, heyvanlar yalnız onları tərk edə bilməyən bir neçə zooloqun sayəsində sağ qalırlar. İndi heyvanlara qida qalıqları verilir.

- Xarici zooparkların, əsasən də ukraynalıların göstərdiyi yardımlar minimum həcmə enib. Biz kərgədanı və zürafələri oradan çıxara bilmirik .Hətta bizim onları yatırmağa imkanımız - dərmanımız belə yoxdur. Situasiyadan bir çıxış yolu var ki, bu da "yaşıl dəhlizdir". "Yaşıl dəhlizlər" olmasa heyvanları soyuqdan və aclıqdan ölüm gözləyir, - Pinçuk vurğulayıb.




Paylaş:


Müəllif : Tarix:
15-03-2022, 11:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər