reklam
Regionxeberlericom.az » Dünya » Rusiya-Ukrayna müharibəsi: Son sutkada nələr baş verib?

reklam

Rusiya-Ukrayna müharibəsi: Son sutkada nələr baş verib?


















Bu gün Rusiya-Ukrayna hərbi qarşıdurmasının 22-ci günüdür.

“BBC” münaqişənin fonunda son sutka ərzində baş verənləri təqdim edir:

Ukraynada müharibənin dördüncü həftəsinin başlamsı ilə dünya liderləri arasında söz savaşı əhəmiyyətli dərəcədə artıb.

ABŞ prezidenti Co Bayden ötən gün daxili tədbirdə jurnalistlərə verdiyi qısa açıqlamada Rusiya prezidenti Vladimir Putini “müharibə cinayətkarı” adlandırıb.

Rusiya tərəfi dərhal şərhləri qınayıb, Baydenin “qəbuledilməz və bağışlanmaz ritorikası”nı pisləyib və ABŞ-ı dünyada yüz minlərlə insanı öldürməkdə ittiham edib.

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Konqresinə virtual müraciətində "Pearl Harbor" və "11 sentyabr"ı xatırladaraq Qərbi Ukraynanı daha çox dəstəkləməyə çağırıb.

Zelenski günün sonunda Ukrayna xalqına müraciətində Rusiyanın itkilərinin Suriya, Əfqanıstan və Çeçenistandakı müharibələrdən daha çox olduğunu iddia edib.

ABŞ Ukraynaya əlavə olaraq 1 milyard dollar dəyərində silah vəd edib - taktiki pilotsuz uçan aparatlar, raket və qumbaraatanlar, tüfənglər, pulemyotlar, zirehlər və sursatlar.

Ukraynanın cənubundakı Mariupol şəhərində 1200-ə yaxın mülki vətəndaşın sığındığı teatrın böyük Rusiya bombası ilə vurulduğu bildirilir.

Şimaldakı Çerniqov şəhərində çörək növbəsi gözləyən 13 nəfərin Rusiya hərbçilərinin atəşi nəticəsində həlak olduğu bildirilir.

Rusiyanın nəzarətinə keçən ilk şəhərlərdən biri olan Melitopolun meri doqquz rusiyalı əsgərin müqabilində azadlığa buraxılıb.

BMT-nin məlumatına görə, hazırda üç milyondan çox insan Ukraynanı tərk edib.




Paylaş:


Müəllif : Tarix:
17-03-2022, 09:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər