reklam
Regionxeberlericom.az » Dünya » Zelenski Bundestaqda çıxışı zamanı Almaniyanı İTTİHAM EDİB

reklam

Zelenski Bundestaqda çıxışı zamanı Almaniyanı İTTİHAM EDİB


“Biz Rusiyanın geniş miqyaslı müharibəyə hazırlaşması istiqamətində böyük hazırlıqların getdiyi barədə sizi xəbərdar edirdik. Biz sizdən soruşurduq ki Ukrayna NATO-ya qoşulmaq üçün nə etməlidir. Lakin bizə cavab verilmirdi və deyilirdi ki, bu, mümkün deyil”. regionxeberlericom.az APA-ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Almanya Bundestaqında videoformatda çıxışı zamanı deyib.

O bildirib ki, Ukraynanın Avropa İttifaqına daxil olması bir başqa məsələdir: “Mən başa düşürəm ki, bu siyasətdir, lakin bu həm də prinsiplərin özəyidir.

Biz sizdən, Almaniya Bundestaqından xahiş etdik ki, müharibənin qarşısını almaq üçün hərəkət edin, sanksiyalar tətbiq edin. Lakin biz gecikmə ilə üzləşdik, siz Rusiya ilə biznesə davam etdiniz”, - Ukrayna Prezidenti qeyd edib.

Vladimir Zelenski alman deputatlarına müraciətində açıq şəkildə Holokosta istinad edib: “Hər il siyasətçilər “bir daha heç vaxt” deyirlər. İndi görürəm ki, bu sözlərin heç bir dəyəri yoxdur. Avropada bir xalq məhv edilir”.

Ukrayna dövlət başçısı videomüraciətində Almaniyanı Rusiyanın Avropada ucaltdığı yeni “Divar”ı dağıtmağa kömək etməyə çağırıb: “Bu, Berlin divarı deyil. Bu, Mərkəzi Avropada azadlıq və əsarət arasındakı divardır və bu divar Ukraynaya atılan hər bomba ilə daha da böyüyür”.

O, Almaniya Kansleri Olaf Şoltsa ABŞ-ın sabiq Prezidenti Ronald Reyqanın Berlin Divarı Nitqini xatırladıb.

“Cənab Şolts, bu divarı sökün!”, - Zelenski bəyan edib.




Paylaş:


Müəllif : Tarix:
17-03-2022, 15:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər