reklam
Regionxeberlericom.az » Dünya » Ukrayna şəhərlərinin bombardmanı davam edir - Ölənlər var + VİDEOLAR

reklam

Ukrayna şəhərlərinin bombardmanı davam edir - Ölənlər var + VİDEOLAR
















Ukraynanın bir çox bölgələrində hava həyəcanı verilib. Bundan yarım saat sonra Lvovda partlayışlar başlayıb.

Hadisə şahidlərinin sözlərinə görə, daha sonra Xarkov və Dneprdə partlayışların baş verdiyi barədə xəbərlər yayılıb.

Partlayışlar Nikolayev vilayətinin Voznesensk şəhərində də qeydə alınıb. Mərmilərin silah anbarına düşdüyü qeyd edilir.

Sumı rayonunda işğalçılar iki dinc sakini qətlə yetiriblər. Onlardan biri gənc qız olub: güllə ona avtomobildə olarkən dəyib. Digəri isə kiçik bir qəsəbəni ərzaqla təmin edən kişi olub.

Şəhərətrafı qəsəbələrin və Sumı şəhərinin atəşə tutulmasının davam etdiyi vurğulanır.

Eyni zamanda qeyd edilir ki, işğalçılar insanlardan silahlarını və telefonlarını alırlar.

Rusiya ordusu Ukrayna paytaxtı Kiyevdə yaşayış binalarının olduğu ərazini də raket atəşinə məruz qoyub.İlkin məlumata əsasən, raketlər Podolsk rayonundakı yaşayış məhəlləsinə düşüb.

Hadisənin videosu Kiyev Şəhər Dövlət Administrasiyasının “Telegram” kanalında da yerləşdirilib.

Hazırda hadisə yerində xilasedicilər və tibb işçiləri fəaliyyət göstərirlər. İnsan itkiləri barədə hələ xəbər verilməyib.




Paylaş:


Müəllif : Tarix:
18-03-2022, 16:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər