Rusiya Ukraynada İkinci Dünya Müharibəsindən daha çox itki verir - 3 həftədə 5 rus generalı...
Fevralın 24-dən martın 18-dək Ukrayna Silahlı Qüvvələri 5 rus generalını öldürüb. Bu müddət ərzində Rusiya Federasiyasının yüksək komandanlığı İkinci Dünya Müharibəsi illərində belə çox itki verməyib.
Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko martın 18-də Ukrayna döyüşçüləri tərəfindən Çernobaevkada rusların komandanlıq məntəqəsinin ləğv edilməsini elan etdikdən sonra Rada telekanalının efirində deyib .
O, həmçinin əlavə edib ki, hətta İkinci Dünya Müharibəsi zamanı Sovet İttifaqı cəmi üç həftə ərzində beş generalını itirməyib.
Bu günə kimi məhv edilən generalların siyahısı belə olub:
Maqomed Tuşayev - general-mayor, Ramzan Kadırovun Kiyevə göndərdiyi yaxın aadamı. Fevralın 26-da Qostomel yaxınlığında öldürülüb.
Oleq Mityaev - general-mayor, elit 150-ci motoatıcı diviziyasının komandiri. Martın 15-də “Azov” batalyonu tərəfindən öldürülüb.
Andrey Mordviçev - general-leytenant, Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin 8-ci Ordusunun komandiri. Martın 19-da Çernobaevkada öldürülüb.
Vitali Gerasimov - Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Ordusunun general-mayoru, qərargah rəisi və komandanının birinci müavini. Xarkov müdafiəçiləri tərəfindən martın 7-də öldürülüb.
Andrey Kolesnikov - general-mayor, Rusiya Federasiyası Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandanı. Onun ölümünü martın 11-də Daxili işlər nazirinin müşaviri Anton Geraşenko elan edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-03-2022, 12:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər