"Putin "nüvə müharibəsi"nə hazırlıq görür" - Ukraynalı general
“Rusiya rəhbərliyi nüvə müharibəsi olacağı təqdirdə ölkənin şərqində yeraltı şəhər hazırlaya bilər. Martın 17-də həyata keçirilən hökumət reysləri buna dolayısı ilə dəlalət edir. Birlik dövründə bir neçə ay qapalı şəraitdə yaşaya biləcəyiniz yeraltı idarəetmə mərkəzləri var idi”.
Bunu “ Obozrevatel ” nəşrinə müsahibəsində Ukrayna Xarici Kəşfiyyat Xidmətinin 2005-2010-cu illərdə rəhbəri olmuş, ordu generalı Mikola Malomuj deyib.
Onun sözlərinə görə, Putin çətin ki, “nüvə düyməsini” bassın, lakin o, Ukraynadakı müharibənin NATO ilə qlobal münaqişənin detonatoruna çevrilə biləcəyinin fərqindədir.
Malomuj bildirib ki, ruslar yeraltı qurğuların tam yoxlanışını, ölkənin idarə olunması sistemlərinin və yerin dərinliklərində gizlənmiş qoşunların sınaqlarını həyata keçirirlər.
“Əgər həqiqətən belə uçuşlar olubsa, bu o deməkdir ki, bu obyektlər praktiki istifadəyə hazırlanır”, - ordu generalı vurğulayıb.
O əlavə etdi ki, söhbət bütün şəhərdən bir neçə on metr dərinlikdə olan qapalı yeraltı bunkerlərdən gedir:
“Burada bütün kommunikasiya sistemləri, o cümlədən digər regionlarla yeraltı rabitə, xarici mənbələrdən asılı olmayaraq muxtar elektrik təchizatı, havanın təmizlənməsi daxil olmaqla muxtar həyatı təmin edən model mövcuddur. Orada bir ilə qədər yaşaya bilərsiniz.
Mən nüvə müharibəsinin olacağını düşünmürəm. Lakin Putinin bütün dünyanı uçurumun kənarında saxlayacağına heç bir şübhə yoxdur”.
Bundan əvvəl Sosial-İqtisadi Transformasiya İnstitutunun direktoru İlya Nesxodovski mənbələrə istinadən Putinin müharibə başlayandan sonra xüsusi mühafizə olunan bunkerə köçdüyünü iddia etmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-03-2022, 11:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər