Sosial şəbəkələrdə “Kinjal” hipersəs raketinin hərbi əməliyyatlar zamanı ilk rəsmi istifadəsini əks etdirən videogörüntülər yayılıb.
Rusiya Silahlı Qüvvələri bu silahlardan Ukraynanın İvano-Frankovsk vilayətindəki hərbi bazasını atəşə tutarkən istifadə edib.
Xatırladaq ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov brifinqdə hipersəs raketlərinin Ukraynada ilk dəfə istifadə edildiyini bildirmişdi.