PUTİNƏ SUİ-QƏSD HAZIRLIQLARI BAŞLAYIB - Ukrayna kəşfiyyatı varisin adını açıqlayıb
Sanksiyalar nəticəsində çətin vəziyyətə düşən yüksək rütbəli ordu zabitləri və oliqarxlar Putinə qarşı sui-qəsd hazırlıqlarına başlayıblar.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Məlumatı verən mənbənin fikrincə, Rusiyanın yüksək rütbəli zabitləri və elitanın əsas məqsədi Vladimir Putini sui-qəsdlə devirərək, yerinə Qərblə əlaqələri bərpa edə biləcək yeni lider gətirməkdir.
Məlumatda qeyd olunur ki, Putinin yerinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov gətirilə bilər. Putin prezidentlikdən əvvəl Rusiya Kəşfiyyat İdarəsinin direktoru olub və Bortnikovla Leninqradda DTK-da xidmət edib. Ukrayna kəşfiyyatının iddiasına görə, Bortnikov və Rusiya elitasının bəzi nüfuzlu nümayəndələri Putini hakimiyyətdən uzaqlaşdırmaq üçün zəhərlənmə, ani ölüm, qəfil xəstəliklər kimi müxtəlif variantları nəzərdən keçirirlər.
Məlumata əlavə edilir ki, Putinin varisi və ən yaxın adamı olduğu iddia edilən Bortnikov, Ukrayna müharibəsinin ilk üç həftəsindəki hərbi uğursuzluqlardan sonra Putinin gözündən düşüb və Putin Ukraynadakı qeyri-dəqiq kəşfiyyat məlumatlarına görə ən çox güvəndiyi Rusiya FSB-sini günahlandırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-03-2022, 20:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər